Accessibility links

Vaşinqtona bahar "Cherry Blossom"la gəlir (VİDEO)


Vaşinqtona bahar "Cherry Blossom"la gəlir (VİDEO)
Vaşinqtona bahar "Cherry Blossom"la gəlir (VİDEO)

100 il əvvəl Tokiodan 3 min yapon albalısının hədiyyə edilməsinin qeyd olunduğu festival iki həftə ərzində Potomak çayı sahili boyunca keçirilir

Cherry Blossom və ya Milli Yapon Albalısının Çiçək açması Festivalı Vaşinqtona yazın gəlişinin göstəricisidir. Festival iki həftə ərzində Potomak çayı sahili boyunca keçirilir.

Şəkil çəkdirmək, velosiped sürmək, ya da albalı ağaclarının ətrafında gəzməklə şəhəri ziyarət edənlər “Cherry Blossom” adlanan ənənəvi festivalı və baharın gəlişini qeyd edirlər: “Hava ürəkaçan deyil. Amma biz buraya festivalın ilk gününü qeyd etməyə gəlmişik.”

Vendi Kunz və onun ailəsi ilk dəfədir ki, festivala qatılır. Vendi deyir ki, o, “Cherry Blossom”-u çox sevir və yapon xalqı haqda düşünür: “Onlara belə bir gözəl hədiyyəyə görə təşəkkürümü bildirmək istəyirəm”.

Cen Klark da ailəsi ilə birlikdə festivala qatılıb. O, yapon xalqının tez bir zamanda zəlzələ və sunami nəticəsində dəymiş zərəri aradan qaldıra biləcəyinə ümid edir: “Bu festival bizim yaponlarla əlaqəmizin ən yaxşı göstəricisidir”

Cherry Blossom və ya Milli Yapon Albalısının Çiçək açması Festivalı Vaşinqtona yazın gəlişinin göstəricisidir. Təxminən 100 il əvvəl Tokiodan 3 min yapon albalısının hədiyyə edilməsinin qeyd olunduğu festival iki həftə ərzində Potomak çayı sahili boyunca keçirilir. Potomak buxtasında hər gün konsertlər təşkil edilir.

Dayana Meyhu festivalın prezidentidir. Onun sözlərinə görə, bu, əyləncəli festival olsa da, bu dəfə bəzi tədbirlər təxirə salınıb: “Hər bir tədbirdə anım mərasimləri keçirilir. Demək olar ki, bütün tədbirlər pulsuz olsa da, biz Yaponiyaya Yardım Fonduna kömək etməyə çalışırıq”.

Açılış mərasimindən 2 gün əvvəl təşkilatçılar Yaponiyaya ilə həmrəylik nümayiş etdirmək məqsədilə Vaşinqton Abidəsinin ətrafında maliyyə toplamağa başlayıb. Yüzlərlə adam Potomak buxtasında yapon xalqına dəstəyini ifadə edib.

Yaponiyanın ABŞ-dakı səfiri İçiro Fucisaki festivalın açılış mərasimində deyib ki, yaponlar həmişə ABŞ-a minnətdar olacaqlar: “Birləşmiş Ştatlar xilasedici dəstə göndərən ilk ölkələrdən oldu. Amerika xalqı, QHT-ləri və şirkətləri dəstəklərini əsirgəmir. Biz onlara dərin təşəkkürümüzü bildiririk”.

Təşkilatçılar açılış mərasimində 14 mindən çox insanın iştirak etdiyini bildirir. Bu, record göstərici olub. "Fikrimcə, bu il festivala gələnləri sayı həddən artıq çox olacaq. İnsanların çoxu ünsiyyət qurmaq və dəstək ifadə etmək istəyir” - deyə Dayana Meyhu bildirir.

Meyhu deyir ki, Cherry Blossom festivalının veb səhifəsi Amerika Qırmızı Xaç təşkilatına birbaşa keçid verir və insanlar burada yardım göstərə bilərlər. Onun sözlərinə görə, Cherry Blossom yenidən doğulmaq, yenilənmək, indi isə Yaponiya üçün yenidənqurmanın bir simvoluna çevrilib.

XS
SM
MD
LG