Accessibility links

Vaşinqtonda Tükiyənin İraq siyasəti-ABŞ-ın xarici siyasətində problemlər və imkanlar mövzusunda müzakirələr keçirilib


Vaşinqtonda Tükiyənin İraq siyasəti-ABŞ-ın xarici siyasətində problemlər və imkanlar mövzusunda müzakirələr keçirilib
Vaşinqtonda Tükiyənin İraq siyasəti-ABŞ-ın xarici siyasətində problemlər və imkanlar mövzusunda müzakirələr keçirilib

Bu həftə Vaşinqtonda yerləşən Yaxın Şərq institutunun Tükiyə araşıdırmaları mərkəzinin təşəbbüsü ilə “Tükiyənin İraq siyasəti-ABŞ-ın xarici siyasətində problemlər və imkanlar“ mövzusunda müzakirələr keçirilib. Müzakirlərdə Kürdüstan regional hökumətinin nümayəndəsi Qubad Talabani, İraqın Milli Təhlükəsizlik Şurasının sabiq direktoru Çarlz Dan, Türkiyənin Vaşinqtondakı səfirliyinin birinici katibi Can Oğuz və Tükiyə Araşıdırmaları Mərkəzinin icraçı direktoru Könül Tol iştirak edib. Görüş zamanı ABŞ qüvvələrinin İraqı tərk etməsindən sonra regional sabitlik, İranın regiondakı təsirinin məhdudlaşdırılması, İraqda müstəqilliyin qorunub-saxlanması, İraqın beynəlxalq terrorçuların sığınacağına çevrilməsinə yol verilməməsi kimi məsələlər gündəmə gətirilib. Regionda aparıcı mövqeyə malik olan Türkiyənin rolu müzakirələrin diqqət mərkəzində yer alıb.

İraqın regional sabitlikdəki rolundan danışan Türkiyənin Vaşinqtondakı səfirliyinin birinici katibi Can Oğuz deyib ki, İraqın sabitliyi regional sabitlik deməkdir. “İraqın balanssızlığı region və Türkiyə üçün olduqca mühümdür.Keşmişdə İraqda baş verənlərin Türkiyə mənfi təsiri olmuşdu. Belə ki, İraqın siyasi, sosial və iqtisadi durumunun birbaşa Türkiyəyə təsiri var. Bunun üçün Türkiyə İraq xalqı ilə bərabər o ölkənin sabitlik əldə etməsi və rifah halının yaxşılaşmasına yardım edəcək.

Kürdüstan regional hökumətinin nümayəndəsi Qubad Talabani Türkiyənin İraq və Kürdüstan hökumətinin yaxın müttəfiqi olduğunu vurğulayıb.“Son bir neçə il ərzində İraqla Türkiyə münasibətləri yetkin nöqtəsinə çatıb. Bu ölkə ilə İraq böyük sərhədlərini, mədəni yaxınlığını və min illərlə bərabər mövcudluğunu bölüşür. Hələ üç il əvvəl Türkiyə ilə münasibətlərdə gərginlik mövcud idisə, bu gün münasibətlər müsbət səmtə doğru irəliləyir.

Qubad Talabani deyib ki, əgər əvvəllər yalnız ticari fəaliyyətlər müşahidə edilirsə də, bu gün siyasi əlaqələr, təhlükəsizlik sahəsində əməkdaşlıq müşahidə edilir. Kürdüstan regional hökumətinin nümayəndəsi İraq prezidentinin Türkiyəyə səfəri və Türkiyənin yüksək səlahiyyəli nümayəndələrinin İraqa səfərinin əlaqələrdəki soyuqluğun aradan qaldırılmasına yardım etdiyini deyib.

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Vaşinqtonda olarkən, proaktiv bir sülh diplomatiyasının vacibliyini vurğulayıb.

Nazir deyib ki, əgər İraq bölünsə, İraqda qarışıqlıq yaransa, bunun dəyərini Tükiyə ödəməli olacaq. Davutoğlu Türkiyənin tək istəyinin siyasi sabitlik olduğunu deyib. Amerikanın səsinin bu, Türkiyənin səmimiyyəti və ya İraqın daxili işlərinə müdaxilədirmi sualının cavabında Kürdüstan regional hökumətinin nümayəndəsi Qubad Talabani deyib ki, Türkiyə sabit və demokratik bir ölkə kimi ortaq sərhədləri bölüşdüyü İraqın sabitliyində maraqlıdır.“Biz ticari və siyasi əlaqələrin mənfəətini görmüşük. İraqda yeni hökumətin təşkili, təsisatlarının möhkəmləndirilməsi və İraqın müxtəlif aspektlərinin yeni İraqın yaranmasına yardım etməsi ilə İraq Türkiyə kimi qonşuları ilə əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcək.

ABŞ-ın İraqdakı maraqları və onun bu sahədə Türkiyə ilə əməkdaşlığından danışan İraqın Milli Təhlükəsizlik Şurasının sabiq direktoru Çarlz Dan bildirib ki, Buş administrasiyasının İraq siyasıti daha geniş idi. Obama administrasiyası isə İraqla bağılı daha məhdud siyasətə malikdir. Hazırkı administrasiya İraqın siyasi sabitliyinə üstünlük verir.“İlk əvvəl 8 aylıq qarşıdurmadan sonra ABŞ İraqdan kabinet təşkil edilməsini gözləyir. Elə bir kabinet ki, İraqın bütün təbəqələri, partiyaları, təriqətləri və etnik qruplarının marağını əks etdirsin.

XS
SM
MD
LG