Accessibility links

Vaşinqtondakı Türkiyə səfirliyi qarşısında 24 aprel aksiyaları (YENILƏNİB/VİDEO)


Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası / 24 aprel 2011
Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası / 24 aprel 2011

Ermənilərin anım-etiraz aksiyalarına qarşılıq Vaşinqton və ABŞ-ın digər şəhərlərində yaşayan türklər və azərbaycanlılar Türkiyə səfirliyinin qarşısına toplaşaraq ermənilərin iddia etdiyi soyqırımın yalan olduğunu ifadə etməyə çalışıblar.

Aprelin 24-də Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısında ermənilər və türklər aksiya keçiriblər. Türklərin aksiyasında Vaşinqtondakı azərbaycanlı tələbələr də Azərbaycan bayraqları ilə iştirak edib.

Ermənilər 1915-ci ildə Osmanlı İmperiyasının “erməni təhciri” qərarının həyata keçirilməsinin başlama günü kimi 24 apreli onların dedikləri kimi desək genosid qurbanlarının anım günü olaraq qeyd edirlər. Həqiqətən də bu gün “İttihat və Tərəqqi”nin xüsusi ilə rus cəbhəsində baş verən hadisələr və onların dedikləri kimi desək “erməni çətələrinin” ruslarla əməkdaşlığı və Osmanlı qoşunlarını arxadan vurmalarına cavab olaraq qəti tədbirlər görməyə başladığı gündür.

1915-ci il aprelin 24-də “Məbbusu Məbbusan” adlanan Osmanlı məclisinin erməni üzvləri nəzarət altına alınır. “İttihat və Tərəqqi”nin ermənilərə qarşı kəskin ölçülərinin başlanğıcı kimi hesab oluna biləcək bu addımdan sonra hansı hadisələrin baş verdiyi məsələsinə gələndə türklər və ermənilər bir-birindən tam fərqli iki tarix anladırlar. Ermənilər soyqırım günü kimi nəzərdə tutduqları 24 apreldə həbs edilən Məclisi Məbbusanın onlarla erməni üzvünün güllələndiyini deyirlər. Türk tarixçiləri isə onların sürgün edildiklərini bildirir.

Erməni təhcirinin məqsədlərindən tutmuş bir çox məsələdə tam fərqli iki tarix, iki nəzəriyyə irəli sürülüb. İki tərəf də öz yazdığı tarixin həqiqətləri əks etdirdiyini, qarşı tərəfin dediklərinin isə demək olar ki, fantaziya olduğunu söyləməyə davam edir.

Bazar günü Vaşinqtonda keçirilən nümayişlərdə də bu iki yanaşma bir daha əks olundu.

Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası / 24 aprel 2011
Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası / 24 aprel 2011
Nümayiş yerinə əvvəlcə türklər gəldilər. Onlar səfirliyin qarşısındakı səkini öz əllərində tuta bilmək üçün cümə günündən burada adam saxlayırdılar. Türk tərəfi əllərində Türkiyə və Azərbaycan bayraqları və ermənilərin iddialarına qarşı yazdıqları banner və plakatlar daşıyırdılar. Onlar arasında “Erməni yalanlarına son qoyulsun”, “ Terrorçuluğa son qoyulsun” kimi plakatlar var idi. Onlar eyni zamanda Xocalı qətliamının qurbanlarının və 1970-ci illərdə ASALA tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkillərini də nümayiş etdirirdilər. Türk tərəfinin bu il təşkil etdiyi nümayişin bir xüsusiyyəti də iştirak etmək üçün Nyu-Yorkdan avtobuslarla gələn əlliyə yaxın fəalın orada iştirakı idi. Nümayişin təşkilatçılarından Türk-Amerika Dərnəkləri Assembliyasının nümayəndəsi Oya Beyin Amerikanın səsinə açıqlama verib: “Hər il aprelin 24-də biz bura toplaşır. Bizim əslində ermənilər səbibilə bir milyona yaxın, türk, yəhudi, müsəlman, kürdün ölümünü anmaq istəyirik”.

Builki 24 aprel aksiyalarının digər bir xüsusiyyəti isə ermənilərin bu il səzsiz etiraz aksiyası keçirmələri oldu. Ermənilər avtobuslarla aksiya yerinə qrup şəklində gəldi və öz plakatlarını, şəkillərini nümayiş etdirməyə başladılar. Ancaq onlar heç bir şuar səsləndirmədilər. Onların qaldıqdıqları plakatlarda “Türkiyə müqəssirdir”, “Türkiyə günahını boynuna al”, “ Ararat bizimdir”, “Qarabağ bizimdir” kimi şüarlar yer almışdı. Ermənilərin təşkil etdikləri nümayişin təsisçilərindən Amerika-Erməni Komitəsinin nümayəndəsi Aram Hamparyan ermənilərin nümayişi barədə bunları deyib: “Biz Türklərin bizim səsimizi yatırdmaq səylərinə, erməni genosidinin il dönümünü qeyd etmə səylərimizin qarşısını alma səylərinə etirazımızı bildiririk.”

Aram Hamparyan deyib ki, bu il ermənilərin də qeyd etdikləri pasxa bayramı münasibəti ilə nümayişlərini səssiz etiraz formasında keçirməyə üstünlük veriblər. Onun sözlərinə görə, ermənilər Türkiyənin axırda erməni xalqının qayıdışı və yenidən bərpası yoluyla keçmişdəki günahlarını yumağa üstünlük verəcəyinə ümid edirlər.

Tədbirin azərbaycanlı iştirakçılarından Azərbaycanlı-Amerikalılar Şəbəkəsinin təsisçisi və həmsədrlərindən biri Adil Bağırov da tədbirlə bağlı Amerikanın səsinə açıqlama verib: “Azərbaycan diasporası hər il türk diasporasına dəstək verir. Hər il burada və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edir. Mən özüm 10 ildir ki, gəlirəm, iştirak edirəm. Bugünki aksiyaya da Azərbaycan diasporasının ən azı 50 nəfər üzvü gəlib”.

Xatırladaq ki, tədbir də onlarla azərbaycanlı da azərbaycan bayraqları ilə iştirak edirdi. Əllərində Azərbaycan baryaqları ilə onlarla azərbaycanlının da iştirak etdiyi nümayişin türk iştirakçılarının sayı yüzdən çox və erməni tərəfindəkilərin sayı da təqribən eyni idi.

Nümayiş zamanı türk və azərbaycanlılar iki ölkənin milli himnlərini də oxudular və polisin nəzarəti ilə müşayiət olanan nümayişlər heç bir insident yaşanmadan sona çatdı.

XS
SM
MD
LG