Accessibility links

Vaksinasiya ilə bağlı şikayətlər var


Sosial şəbəkələrdə iyulun 1-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin dayandırılacağı ilə bağlı iddialar yayılıb. Həmin məlumatlarda vətəndaşlar bunu vaksinin bitməsi və havaların isti keçməsi ilə əlaqələndirirlər.

Onlar həmçinin bildirir ki, vaksinasiya ilə bağlı qeydiyyatdan keçmək üçün nəzərdə tutulmuş randevu.its.gov.az saytında iyul ayının istənilən tarixlərinə növbə götürmək istəyəndə problemlə qarşılaşıblar.

Şikayətçilərdən biri də yazıb ki, randevu.its.gov.az saytında "Pfizer" vaksini üçün bütün məntəqələrdə ancaq üç günü görmək olur, onlarda da növbə doludur: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəng etmişəm, düz 1 saat 58 dəqiqəyə cavab veriblər. Deyirəm, nə üçün növbəti günlərə randevu götürə bilmirik? Operator deyir, "xanım, gözləyin iyul gəlsin, onda təkrar yoxlayın…"".Səhiyyə Nazirliyindən "Turan"a vaksinasiya prosesinin iyul ayından bitəcəyi haqqında iddiaları təkzib ediblər: "Vaksinasiya adi qaydada davam edəcək. Vaksinlərin bitməsi ilə bağlı xəbərlər də həqiqətəuyğun deyil".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında vaksinasiya üçün növbənin götürülməsində problemin yaranması ilə bağlı deyilənlərə isə, hələlik, bu qurumdan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə olunduğu açıqlanıb. Bu şirkətə 9 milyon sifariş verildiyi bildirilir. İndiyə kimi ölkədə birinci mərhələdə 3.3 milyon, hər iki mərhələdə isə 1.2 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG