Accessibility links

Vaksinasiyanın sürətlənməsinə baxmayaraq, ABŞ-da COVID-19 halları artmağa davam edir


Daha çox amerikalı COVID-19 virusuna qarşı peyvənd olunur, lakin virus yayılmağa davam edir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri cümə axşamı Birləşmiş Ştatların 365 767 674 dozada COVID-19 peyvəndi tətbiq etdiyini, onlardan 202 961 676 nəfərin ən az bir doza aldıqlarını, 172 171 009 insanın isə tam vaksinasiya olunduğunu bildirib.

Cümə axşamı səhər yayımlanan məlumatlar əhalinin 61.1% -nin ən az bir doz vaksin aldığını, 51.9% -i isə tam peyvəndləndiyini göstərib; 12 və daha yuxarı yaşda olan ABŞ sakinlərinin 71.5% -i ən az bir dəfə vaksin vurdurub, 60.7% -i isə tam peyvəndlənib. 18 yaşdan yuxarı yetkinlər arasında 73,5% -i bir doza tətbiq edilmiş, 62,8% -i isə tam peyvənd edilmişdir.

65 yaşdan yuxarı ABŞ sakinləri ən yüksək peyvənd edilmiş demoqrafiyanı təmsil edir -91.7%-ə bir doza, 81.4% -ə isə hər iki doza vaksin vurulub. CDC 434 582 185 ümumi dozada vaksinin bütün ölkəyə paylandığını deyib.

Peyvəndlərə baxmayaraq, ABŞ-ın bir neçə ştatı pandemiya dövründə hər zamankindən daha çox xəstəxanalarda daha çox COVID-19 xəstəsi olduğunu bildirir və Texasla Kentukki artan siyahıya qoşulur.

Arkanzas, Florida, Luiziana, Havay, Missisipi və Oreqon ştatlarında rekord sayda insanın xəstəxanalara yerləşdirildiyi qeydə alınıb.

ABŞ-ın Ərzaq və Dərman İdarəsinin vaksin məsləhət panelinin üzvü Dr. Pol Offit çərşənbə günü CNN-ə verdiyi müsahibədə “Hazırda rəqəmlər əslində bir çox cəhətdən keçən avqustdan daha pisdir. Ötən avqust ayında, tam həssas bir əhalimiz var idi və peyvəndimiz yox idi. İndi ölkənin yarısını vaksinləmişik, amma buna baxmayaraq, rəqəmlər daha pisdir” ifadələrini işlədib.

"Delta variantı oyunun qaydalarını dəyişir" -deyə, o əlavə edib.
Texasdakı bir xəstəxana sistemi rekord sayda xəstəxanaya yerləşdirilən uşağın və rekord sayda yoluxmanın olduğunu bildirir.

Texas Uşaq Xəstəxanasının müvəqqəti baş pediatrı Dr.Cim Versaloviç CNN-ə verdiyi açıqlamada "Delta dalğasında yeni rekordlar əldə etdik" deyib.

"2021-ci ilin yanvar ayının əvvəlində bir həftədə 900-dən çox yoluxma olub. Bu, qış artımının zirvəsi idi. İndi isə bir həftədə 1300 yoluxmanı keçdik" – deyə, o əlavə edib.

Virusdan ölümlər ölkə daxilində gündə 1100-dən çoxdur və bu, mart ayının ortalarından bəri ən yüksək göstəricidir.

Artan virusa cavab olaraq İllinoy tibb işçilərini və təhsil işçilərini peyvəndləməyə məcbur edən son ştat olub. Beləliklə, onlar da bənzər addımlar atan çox sayda ştata qoşulmuş olub.

İllinoy da qapalı məkanlarda maskalardan istifadəni yenidən məcbur edir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG