Accessibility links

Vaksinlərin patent məsələsində Ümumdünya Ticarət Təşkilatına üzv dövlətlər yekun qərar verə bilmir


Vaksinlərin patent məsələsində Ümumdünya Ticarət Təşkilatına üzv dövlətlər yekun qərar verə bilmir
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Hindistanda və dünyanın digər yerlərində COVID-19 yoluxmalarının artması fonunda Bayden administrasiyası ölkələrin koronavirusa qarşı peyvəndlərin ümumi versiyalarını istehsal edə bilməsi üçün patent məhdudiyyətlərini yumşaltmaq təklifindən imtina etməkdə davam edir.

Gündəlik ölüm hallarının sayı 3600-dən yuxarı olduğu bir vaxt ölkədə koronavirus böhranı dərinləşdikcə ümidsiz hindistanlılar peyvənd üçün növbəsini gözləyir.

"Bütün Hindistan, Dehli boyunca oksigen axtarırıq. Çandigarh, Ludhiana, Haridvar, Caypur və yaxın şəhərlərdə" - deyə, Sikh Məbədində xəstəxana işçisi Qurprit Sinqx bildirib.

2020-ci ilin oktyabrında Hindistan və Cənubi Afrika Dünya Ticarət Təşkilatında ölkələrin peyvəndlərin ümumi versiyalarını hazırlamağa imkan verəcək TRIPS-dən imtina etməyi təklif etmişdilər. Təklif Avropa İttifaqı və ABŞ tərəfindən dəstək almayıb.

100 milyon amerikalı COVID-19-a qarşı tam peyvəndlənib. Ancaq cümə günü prezidentin Air Force One təyyarəsində açıqlama verən Ağ Evin mətbuat katibi Cen Psaki Prezident Co Baydenin peyvənd patentindən imtina edilməsi barədə hələ qərar vermədiyini deyib.

"Bizim ümumi məqsədimiz qlobal ictimaiyyətə mümkün qədər çox çatdırmaları təmin vermək və bunu sərfəli şəkildə etməkdir" - deyə, Ağ Ev rəsmisi qeyd edib.

Baydenin mənsub olduğu Demokrat Partiyasının mütərəqqi qanadı və humanitar təşkilatlar da daxil olmaqla, patendtən imtina edilməsinin tərəfdarları bunun pandemiyaya qarşı qlobal mübarizədə oyun qaydalarını dəyişdirə biləcəyini deyir.

"TRIPS-dən imtina tədarük çatışmazlığı ilə bağlı mövcud vəziyyəti həll etmək üçün hökumətin vacib vasitələrindən biridir" , Yuantsyun Hu bildirib.

Ancaq administrasiya patent almaqdansa, ehtiyac duyulan ölkələrə kömək etməyin ən sürətli yolunun mövcud istehsal xətlərini sürətləndirmək və dozaların bağışlanılması olduğunu bildirən əczaçılıq şirkətlərinin təzyiqi ilə qarşılaşıb.

"İntellektual mülkiyyətdən imtina COVID-19 peyvəndinin əldə edilməsinin sürətləndirilməsinə və ya real tədarük zəncirinin və daşınma məhdudiyyətlərinin həllinə kömək etməyəcək" - deyə, bir sənaye sahəsinin nümayəndəsi Amerikanın Səsinə bildirib.

Hətta milyarder xeyriyyəçi, BMT-nin aşağı və orta gəlirli ölkələrin vaksinə çıxışını yaxşılaşdırma mexanizmi olan COVAX proqramının arxasında duran Bill Geyts də patentdən imtina edilməsinə qarşıdır.

“Bunun çox az mənası var. Və bu, onun səhvidir. Bəzən milyarderləri dinləməliyik, amma qlobal sağlamlıq kimi məsələlərə gəldikdə bəzən dinləməməliyik. Bu da dinləmək istəmədiyimiz mövzudur” - deyə, Corctaun Universitetindən Metyu Kavano bildirib.

Qlobal peyvənd bərabərsizliyini azaltmaq üçün Geyts bunun əvəzinə özəl sektorun yeni istehsal gücünə investisiya qoymağı və inkişaf etməkdə olan ölkələrlə nou-hau paylaşdığı yerlərdə texnologiya ötürülməsində təkid edir. O, fevral ayında Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

“Bu bərabərsizliyi həll etməyin yolunun bir hissəsi Hindistandakı fabriklərin tam gücü ilə işləməsinə nail olmaqdır. Bu, artıq AstraZeneca ilə baş verir, digər ikisi ilə bağlı da maliyyələşdirmə almaq mümkün olacaq" - deyə, o qeyd edib.

Peyvənd patentindən imtina təklifi Ümumdünya Ticarət Təşkilatının 80-dən çox üzvü, 60 keçmiş dövlət başçısı və 100 Nobel mükafatı laureatı tərəfindən dəstəklənir. Məsələ mayın 5-də DTT Baş Şurasının iclasında yenidən diqqət mərkəzində olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG