Accessibility links

Mərkəzi Bank kommersiya banklarının valyuta ilə tam təmin olunduğunu bildirir


Mərkəzi Bank
Mərkəzi Bank

Son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır.

Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

Mərkəzi Bank eyni zamanda bildirir ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

Məlumatda deyilir ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.

Xatırladaq ki, avqustun 22-də bir çox KİV-lərdə ölkədə valyuta ajiotajının yaşandığı, valyutadəyişmə məntəqlərinin ABŞ dollarının satışını dayandırdığı, manatın devalvasiyasının qaçılmaz olduğu barədə məqalələr, xəbərlər, təhlillər çap edib.

Avqustun 21-də ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0479 AZN/USD, avronun məzənnəsi isə 1,1814 AZN/EUR səviyyəsində müəyyənləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG