Accessibility links

Manat möhkəmlənib


Martın 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankın məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7279 səviyyəsində formalaşıb.

Mərkəzi Bank USD/AZN məzənnəsini 1,7437 səviyyəsində müəyyən edib.

Beləliklə, bu günki hərracda manat dollara nisbətən 0,91% bahalaşıb.

İqtisadçı ekspert Natiq Cəfərli hesaab edir ki, manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır.

“Hərrac bitdi, dollar az da olsa ucuzlaşdı, rəsmi məzənnə 1,7279 oldu. Səbəblər çox bəsitdir və qısa zamana hesablanıb: “Mərkəzi Bank manat kütləsini azaldıb – bu isə iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir; Novruz Bayramlarında İrandan və Ərəb ölkələrindən 20-30 min turist gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər; Banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”, ekspert qeyd edir.

Natiq Cəfərli hesab edir ki, ölkədə dolların ucuzlaşması üçün iqtisadi əsaslar mövcud deyil.

“Nə baş verir? FED faiz artırımına gedir – dollar dünyada bahalaşır, neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12% dəyər itirib – ölkəmizin gəlirləri azalıb. Ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4% azalıb, həmin dövrdə inflyasiya 13%-ə çatıb, ərzaq inflyasiyası 16% olub. Deməli, ölkədə dolların möhkəmləssinin heç bir iqtisadi əsası yoxdur, tam tərsinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır”, ekspert Facebook səhifəsində yazır.

İqtisadçının fikrincə, bütün iqtisadi göstəricilər və iqtisadi məntiq onu deyir ki, 2017-ci ildə dollar 2 manatı keçəcək.

XS
SM
MD
LG