Accessibility links

Manat möhkəmlənir


Manat
Manat

Oktyabrın 5-də Azərbaycan Mərkəzi Bankının yeni qaydalarla keçirdiyi ilk valyuta hərracı olub.

Turan agentliyinin məlumatına görə, “Bloomberg” sistemi əsasında keçirilən hərracda kommersiya bankları xarici valyutanı təkcə almaq deyil, həm də satmaq hüququna malikdirlər.

Yeni qaydalara əsasən, hərrac iştirakçıları (satıcılar və alıcılar) öz valyuta sifarişlərini hərrac təşkilatçısının elan etdiyi ilkin məzənnə əsasında yerləşdirirlər.

Valyutanın məzənnəsi tələb və təkliflərdən asılı olaraq dəyişir.

Hərrac sonuncu sessiya zamanı müəyyən olunmuş məzənnə ilə başa çatır.

Növbəti gün üçün rəsmi məzənnə hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunur.

Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.

İlk hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb. Bu, əvvəlki məzənnədən (1,6115) aşağıdır.

XS
SM
MD
LG