Accessibility links

Van gölündə miqrant qayığı batıb: 7 nəfər həyatını itirib


Türkiyənin şərqindəki Van gölündə Pakistan, Banqladeş və Əfqanıstandan olan miqrantları daşıyan qayıq batıb - yeddi nəfər ölüb, 64 nəfəri isə xilas etmək mümkün olub. Bu barədə Bitlis əyalətinin qubernatoru məlumat verib.

Pakistan, Banqladeş və Əfqanıstandan sığınacaq üçün Vandan yola düşdüyü təxmin edilən qayıq Bitlisin Adilcevaz mahalındakı Erikbağı və Karşıyaka kəndləri arasındakı ərazidə sahilə yan almağa cəhd edib. Ancaq bu vaxt qayıq batmağa başlayıb. Hadisə təxminən saat 3-də baş verib və 5 nəfər hadisə yerində həyatını itirib.

Qəzanın ardından hadisə yerinə gələn xilasetmə qrupları 64 adamı xilas edib. Bitlis Qubernatorluğu xəstəxanada daha 2 şəxsin öldüyünü açıqlayıb. "İlkin məlumatlara görə hadisə yerində 5 nəfərin, Adilcevaz xəstəxanasında isə 2 yaralının ölməsi ilə ölənlərin sayı 7-ə çatıb. Sağ qalan 64 nəfər ehtiyaclarını qarşılamaq və rəsmi prosedurları həyata keçirmək üçün Adilcevaz rayon mərkəzinə və Ahlatla Tatvandakı xəstəxanalarımıza köçürülüb. Ərazidə polis və fövqaladə hallar qrupları dalğıc qrupları ilə birlikdə axtarış və xilasetmə işləri həyata keçirir. Hadisə ilə əlaqədar məhkəmə və inzibati istintaq başladılıb” -deyə Bitlis qubernatorluğu məlumat yayıb.

Bu ilin yaz aylarında sığınacaq üçün Türkiyəyə qanunsuz gələnlərin əsas istiqaməti olan Vanda sərhədi keçməyə cəhd edən 25 şəxs donaraq ölüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG