Accessibility links

Van Qoqun yeni əsəri dünyaya nümayiş etdiriləcək


Van Qoqun yeni əsəri dünyaya nümayiş etdiriləcək
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Konnektikut ştatının Vartsvord şəhərindəki Vardsvord İncəsənət Muzeyinə bir kolleksiyoner tərəfindən hədiyyə edilmiş rəsm əsərinin həqiqətən Vinsent Van Qoqa aid olduğu nəhayət 25 ildən sonra təsdiq edilib. Rəsm əsərinin həqiqiliyinin isbat edilməsinə yeni vizual texnologiya yardım edib.

Bu, “Lalə vazası” əsəri Van Qoqundur. Bu rəsm əsəri Konnektikut ştatının Vartsvord şəhərindəki Vardsvord İncəsənət Muzeyinə bir kolleksiyoner tərəfindən 1957-ci ildə hədiyyə edilib. Lakin muzey rəsm əsərinin həqiqiliyi barədə sual qalxandan sonra onu 20 ildən artıq gizli saxlayıb. Muzeyin direktoru Tomas Loqhman: “Beləliklə bu əsər 25 il haradasa gizlədilib. Bir vaxtlar bu əsər muzeyin mühasibat otağının divarından asılmışdı.”

İşçilər əsərin həqiqiliyini öyərnmək qərarına 1995-ci ildə gəlib. Onlar əsərin həqiqətən də Van Qoq tərəfindən çəkildiyini öyrənmək üçün xəstəxananın regtgen cihazından istifadə etmək qərarına gəlib. Lakin bu cihazdakı görüntülər əsərin dəqiqliyinin müəyyən edilməsinə kifayət etməyib.

Nəhayət muzey tamamilə yeni texnologiya əldə edib və əsərin həqiqi olub-olmadığını bir də yoxlayıb. Rəsm əsərindəki lalələrin alt hissəsində Van Qoqun digər əsərində olan eyni avto-portret aşkar edilib. Vartsvord İncəsənət Muzeyinin rəsm əsərləri üzrə mütəxəssisi Alen Kozanoviç: “Rentgen altında lalələrin hazırkı oriyentasiyasını görürsünüz, solda isə onlar baş-ayağa görünür. Burada qulaq və burunu göstərən xətlər də var.

Lakin rəsm əsərinin həqiqətən Van Qoqa aid olub-olmadığı barədə son rəyi Amsterdamdakı Van Qoq Muzeyi verib. "Rəy bizim dediyimiz kimi oldu, yəni bu həqiqi əsərdir. Və mən düşünürəm ki, bu, həm dünya, həm də Konnektikutla bölüşmək üçün gözəl bir imkandır” - deyə. Tomas Loqhman bildirir.

Uzun zaman anbarlarda qalan və sonradan rentgen otaqlarını gəzən “Lalə vazası” nəhayət dünyaya nümayiş etdiriləcək.

XS
SM
MD
LG