Accessibility links

Yaxın Şərq konfransı - ABŞ və İran qarşı-qarşıya


Yaxın Şərq konfransı - ABŞ və İran qarşı-qarşıya
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Fransada yerləşən İranın Milli Müqavimət Şurasının Varşava şəhərində iki gün davam edən konfransına dünyanın 60 ölkəsindən yüksək rütbəli rəsmilər qatılıb.

ABŞ-ı bu konfransda vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və prezident Donald Trampın şəxsi vəkili Rudi Culiani təmsil edib.

"Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq üçün İranın teokratik diktatorluğunda böyük dəyişikliklər olmalıdır. Sülh və sabitlik üçün bu çox tezliklə sona çatmalıdır" - deyə, Rudi Culiani bildirib.

İranda dini rəhbərləri hakimiyyətə gətirən inqilabın 40 illiyini qeyd edilir. İsrail baş naziri Benyamin Netanyahu çərşənbə axşamı keçirilən konfransda Ərəb ölkələrinin iştirakının əhəmiyyətini vurğulayıb.

"Bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, İrana qarşı müharibədə ortaq maraqların irəliləməsi naminə İsraillə bir araya gələn aparıcı Ərəb ölkələrinin nümayəndələrinin burada olmasıdır" - cənab Netanyahu qeyd edib.

İranın xarici işlər naziri Birləşmiş Ştatları konfransda iştirak etmək üçün digər ölkələrə qarşı təzyiq göstərməkdə günahlandırıb.

"Onlar bunun üçün öz pulları təsirləri və ABŞ-ın hərbi gücündən istifadə edirlər. Bu konfransa daha çox insanı cəlb etmək üçün onlar müxtəlif ölkələrdəki mənbələrdən istifadə edirlər. Orada iştirak edən bir çox insan bizə bildirib ki, onların başqa seçimi olmayıb." - İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif

Bəzi siyasi müşahidəçilərin sözlərinə görə, Polşanın Vaşinqtonla sıx əlaqələri digər ölkələrlə əlaqələrini təhlükə altına ala bilər.

"Məndə elə bir hiss var ki, Tramp administirasiyasını Avropadakı birlik maraqlandırmır. Hətta əksinə, bəlkə də Avropa daxilindəki parçalanmaları daha da dərinləşdirməyə və ondan istifadə etməyə çalışır" - deyə, Avropa İttifaqının xarici əlaqələr üzrə nümayəndəsi Pyotr Buras bildirib.

Avropa İttifaqının xarici işlər üzrə rəhbəri Federika Moqerini konfransa qatılmasa da, bəzi üzv ölkələr öz nümayəndələrini göndərib. Çin, Rusiya, Livan və Fələstin isə yığıncaqda iştirak etməkdən imtina edib.

Haaqada fəaliyyət göstərən Beynəlxalq Ədliyyə Məhkəməsinin çərşənbə axşamı ABŞ-dakı İran aktivlərinin sərbəst buraxılmasına dair verdiyi qərar Tehrana bir xal qazandırıb. Vaşinqton isə Tehranın beynəlxalq terrorizmə dəstək verdiyini iddia edərək işi dayandırmağa çalışır.

XS
SM
MD
LG