Accessibility links

Vardak vilayətində əfqan zabitlərinin cəsədləri tapılıb


Vardak vilayətində əfqan zabitlərinin cəsədləri tapılıb
Vardak vilayətində əfqan zabitlərinin cəsədləri tapılıb

Əfqanıstanın Vardak vilayətində səkkiz oğurlanmış təhlükəsizlik zabitinin cəsədləri tapılıb. Cəsədlər ötən həftə çoxu amerikalılar olmaqla 38 nəfərin həlak olduğu helikopter qəzası məkanı yaxınlığında aşkar edilib.

Vilayət rəsmisi Şahidulla Şahid deyib ki, cəsədlər cümə günü axşam tapılıb. Beş polis və üç əfqan kəşfiyyatçısı Bamiyan vilayətinə gedən yolda oğurlanıblar.

Şahid polisin insidentlə bağlı üç şübhəlini saxladığını bildirib. Taliban sözçüsü Röyters xəbər agentliyinə qətllərin onun məxsus olduğu qrup tərəfindən həyata keçirildiyini deyib.

Vardak Əfqanıstanın ən qaynar bölgələrindən biri sayılır.

XS
SM
MD
LG