Accessibility links

Vasif Talıbovun ailəsinin çirkli pulyuma yolu ilə əldə etdiyi vəsaitlər və tənqidi baxışlar


Korrupsiya
Korrupsiya

Yeni araşdırmada ataları, Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbovun avtoritar hakimiyyəti altında Rza və Seymur Talıbov qardaşlarının şübhəli pul köçürmələrilə 20 milyon dollardan çox pul qazandığı bildirilir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (Organized Crime and Corruption Reporting Project) “Çirkli pulyuma mexanizmilə milyonlar qazanan Vasif Talıbovun oğulları” adlı araşdırmasında deyilir ki, Vasif Talıbovun övladları Azərbaycan və Troyka pulyuyanları sxemi vasitəsilə 21 436 250 ABŞ dolları qazanıb, bu pulun 9 491 250 dolları İsveçrənin Credit Suisse və Bank Vontobel, Birləşmiş Ərəb Əmirliyinin Emirates NBD və Britaniyanın Barclays banklarında Vasif Talıbovun oğlu Seymurun adına, 11 045 250 dolları İsveçrənin Credit Suisse və Birləşmiş Ərəb Əmirliyinin Bank of Dubai bankında Talıbovun digər oğlu Rzanın adına, 900 000 dolları Talıbovun qızı Baharxanımın adına İsveçrənin Vontobel bankında yerləşdirilib, bundan əlavə onlar Gürcüstanda və Birləşmiş Ərəb Əmirliklərində 63 milyon dollarlıq mülk alıblar.

Vasif Talıbovun övladları Azərbaycan və Troyka pulyuyanları sxemi vasitəsilə 21 436 250 ABŞ dolları qazanıb.
“Çirkli pulyuma mexanizmilə milyonlar qazanan Vasif Talıbovun oğulları” araşdırmasından sitat

Seymur, Rza və Baharxanımın atası Vasif Talıbov artıq 26 ildən çoxdur Naxçıvan Muxtar Respublikasına rəhbərlik edir.

“Onun hakimiyyəti altında həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. O, hakimiyyətini həmçinin müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalist və fəallar təzyiqə, həbsə və digər ölkələrə köçməyə məruz və məcbur qalıblar,” məqalədə qeyd edilir.

Araşdırmada deyilir ki, Naxçıvanın yerli mediası Talıbovun hakimiyyətinə qibtə etsə də beynəlxalq mediada onun manşeti başqadır.

“Bu gün ONUN günüdür”, Talıbovun 60 illik yubileyi münasibəti ilə yerli xəbər agentliyi Naxçıxan Talıbovu “böyük vətənpərvər, qətiyyətli, cəsur, və humanist” və həm də “həddindən artıq təvazökar” bir şəxs kimi təsvir edir. Beynəlxalq aləmdə isə manşetlər bir az fərqlidir - daha çox Talıbovun hakimiyyətinin diqtə etdiyi ağır və sərt qaydaları haqqında məlumatlar paylaşılır: yerli sakinlərə Hemunqueyin əsərlərini oxumağın zəruri olduğunu bildirən və yaxud eyvandan paltar asma qadağası, dövlət işçilərinin bəzəkli corablar geyinmək qadağası və s.

Bu qaydalar Naxçıvana bir neçə təxəllüs qazandırıb: müxalifətçi fəallar Naxçıvanı “Azərbaycanın Şimali Koreyası” adlandırarkən Norveç Helsinki Komitəsi “Azərbaycanın Qara Adası” adlandırır.

ABŞ diplomatı Naxçıvana səfəri zamanı Vaşinqtondakı rəhbərliyinə yazarkən regionu Talıbovun “xanlığı” adlandırıb və “Naxçıvan baş-ayaq bir dünyadır” deyə təsvir edib,” Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin araşdırmasında deyilir.

Azərbaycanda demokratik, şəffaf bir cəmiyyət, köklü bir dövlət qurulmalıdır ki, bütün bu qanunsuzluqların, haqsızlıqların, Azərbaycan xalqının əmlakının, vəsaitinin talan edilməsinə son qoyulsun.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Araşdrıma ilə bağlı Vasif Talıbov, onun övladları hələ münasibət bildirməyib.

Azərbaycan Beynəlxalq Şəffaflıq Təşkilatının 2021-ci il şəffaflıq indeksində 180 ölkə arasında 128-ci yeri bölüşür. Müstəqil ekspertlər və siyasi partiya rəhbərləri vəziyyətdən çıxış üçün korrupsiyaya qarşı sistemli mübarizənin lazımlılığını, demokratik seçkilərin keçirilməsini, azad məhkəmə və medianın olmasını, müstəqil vətəndaş cəmiyyətinin rolunu vacib sayır.

Azərbaycan Baş Prokurorluğu Amerikanın Səsinin araşdırmada sadalanan faktların araşdırılıb-araşdırılmayacağı ilə bağlı sorğusuna hələ cavab verməyib. Bununla yanaşı, Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bu günlərdə bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.

“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.

Amerikanın Səsinin müxbiri Nazirlər Kabinetinə aşağıdakı məzmunda ünvanladığı sorğuya da hələ cavab ala bilməyib: “Azərbaycan prezidenti 2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nı təsdiq edib. Nazirlər Kabineti indiyədək vəzifəli şəxslərin bəyannamə formasını hazırlamayıb. Bunun səbəbi nədir?”

Arif Hacılı: Azərbaycan xalqının vəsaitinin talan edilməsinə son qoyulmalıdır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Məmurların əmlak və gəlirləri barədə bəyannamə verməmələri ilə bağlı Amerikanın Səsinin sualının cavabında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, korrupsiyanın qarşısının alınmaması hüquq dövlətinin olmaması ilə bağlıdır.

Bəs deyirdilər ki, bunlar yeyib doyub, hələ bu açıqlanan yalnız bir epizod üzrə iki ölkədə olanlardır.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

“Ölkədə normal hüquq mühafizə sistemi, ədalət sistemi olsa beynəlxalq və yerli mətbuatada dərc edilən faktlar üzrə, hətta şikayət ərizəsi olmadan belə fakt üzrə cinayət işi qaldırıb, araşdırma aparılardı. Ancaq təəssüf ki, Azərbaycan dövləti qanunlarla idarə olunmur və iqtisadi sistem bütövlükdə korrupsiya və rüşvət üzərində qururlub. Bu səbəbdən də bu tipli məlumatlar ortaya çıxanda hər hansı araşdırma aparılmır.”

Partiya sədri iddia edir ki, Azərbaycanda dövlət idarəçiliyində olan şəxslərin mütləq əksəriyyəti korrupsiya və rüşvətxorluqla, qeyri qanuni yollarla vəsait əldə etməklə məşğuldur.

“Ona görə bu məsələlərlə bağlı hüquqi qaydaların müəyyənləşməsində hakimiyyətin özü maraqlı deyil.”

Hacılı deyib ki, prezident və parlament seçkilərində namizədlərin öz əmlakları və gəlirləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat vermək öhdəliyi var.

“İndi bu məsələlər araşdırılarkən, xüsusilə beynəlxalq mətbuatda ortaya çıxarkən məlum olur ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannamələrə tamamilə saxta məlumatlar daxil edilib. Həmin şəxslər Azərbaycandan kənarda olan əmlakları barədə bəyannamələrinə hər hansı məlumat daxil etməyib.”

Müsavat Partiyasının başqanı hesab edir ki, rüşvət və korrupsiya hallarının aradan qaldırılması üçün ölkədə köklü islahatlar aparılmalıdır.

“Azərbaycanda demokratik, şəffaf bir cəmiyyət, köklü bir dövlət qurulmalıdır ki, bütün bu qanunsuzluqların, haqsızlıqların, Azərbaycan xalqının əmlakının, vəsaitinin talan edilməsinə son qoyulsun,” o Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Talıbovlar Naxçıvanı özlərinin şəxsi təsərrüfatına çevirib. Dünyanın müxtəlif yerlərində irili-xırdalı mülklərə, əmlaklara sahibdirlər.
Əli Kərimli, AXCP sədri

İqtisad elmləri dokoru Qubvad İbadoğlu bildirib ki, Vasif Talıbovun illik maaşı rəsmi olaraq 26 min ABŞ dollarından azdır.

“Oğulları isə azödənişli dövlət işlərində çalışırlar (Rza miqrasiya xidməti rəsmisi, Seymur Naxçıvan parlamentinin üzvüdür).

“Bəs deyirdilər ki, bunlar yeyib doyub, hələ bu açıqlanan yalnız bir epizod üzrə iki ölkədə olanlardır.”

İqtisadçı bildirir ki, 2022-ci ildə xərclərini örtmək üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 431,6 milyon manat dotasiya (əvəzsiz yardım) nəzərdə tutulub ki, bu da muxtar respublikanın xərclərinin 74,72 faizinə bərabərdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli araşdırmaya istinadən bildirib ki, Talıbovlar Naxçıvanı özlərinin şəxsi təsərrüfatına çevirib.

“Dünyanın müxtəlif yerlərində irili-xırdalı mülklərə, əmlaklara sahibdirlər. Vasif Talıbovun oğlu Seymur Talıbovun Dubaydakı 34 milyon dollar dəyərində olan oteli də onlardan biridir. Talıbov qardaşları təkcə "Azərbaycan pulyuyan maşını" vasitəsilə 20 milyon dollar əldə edib, Gürcüstanda və Dubayda 63 milyon dollarlıq əmlak alıb, sahib olduqları "Cahan Holdinq"in işçilərinin adına İsveçrə banklarına pullar yatırıblar,” o qeyd edib.

XS
SM
MD
LG