Accessibility links

Baydenin inaqurasiyası öncəsi təhlükəsizlik tədbirləri gücləndirilir


Prezident seçilmiş Co Baydenin yanvarın 20-də inaqurasiyaya hazırlaşdığı vaxt Federal Təhqiqiatlar Bürosu (FBİ) Vaşinqtona yerləşdirilmiş 25 min nəfərlik Milli Qvardiya üzvlərinin təhlükəsizlik yoxlanışını həyata keçirir. Belə ki, tədbirə qarşı potensial hücum təhlükəsi mövcuddur.

Ordu katibi Rayan Makkartinin Associated Press-ə bildirdiyinə görə, təhlükə ilə bağlı heç bir dəlil yoxdur və qvardiya yoxlanışı heç bir məsələni gündəmə gətirməyib.

Rayan Makkarti
Rayan Makkarti

“Biz prosesi davam etdiririk, əməliyyata cəlb edilən hər bir kəs iki-üc dəfə nəzərdən keçirilir” - deyə, Makkarti bildirib.

Onun dediyinə görə, inaqurasiya günü silahlı yürüş keçiriləcəyi barədə kəşfiyyat məlumatı əldə edilib.

Təhlükəsizliyə adi inaqurasiya tədbirində olduğundan daha çox diqqət yetirilir. Belə ki, iki həftə əvvəl Trampın tərəfdarları Kapitoli binasına hücum etmişdi.

Prezident qanunvericilərin Baydenin qələbəsini sertifikatlaşmaq üçün toplaşdığı vaxt binaya doğru irəliləməyə çağırmışdı.

Kapitoli binası ətrafına hasar çəkilib və ərazi məftillərlə mühasirəyə və virtual silahlı mühafizəyə alınıb.

Milli Mall ətrafındakı küçələr və şəhərin mərkəzi bağlanıb. Şəhərə aparan körpülər də nəqliyyata bağlanıb.

Milli Qvardiya qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini qoruyur.

Təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, Bayden inaqurasiya mərasimində iştirak etməyi planlaşdırır.

Məğlubiyyətini qəbul etməyən Tramp isə Baydeni təbrik etməkdən imtina edib. 160 illik ABŞ ənənəsinə məhəl qoymayan Tramp andiçmə mərasiminə qatılmayacaq.

Vitse-prezident Mayk Pensin inaqurasiyada iştirakı gözlənilir.

İnaqurasiya günü səhər Vaşinqtonu tərk etməyi planlaşdıran Tramp təyyarəsinə qırmızı xalı üzərindən keçərək minərək, Floridaya yola düşməlidir.

Trampın planı Nümayəndələr Palatasının 5 Demokrat üzvü də daxil edilməklə, ciddi tənqidlərlə qarşılaşıb.

XS
SM
MD
LG