Accessibility links

Vaşington ştatının ticarət mərkəzinə silahlı hücum


ABŞ-ın Vaşington ştatındakı ticarət mərkəzinə silahlı hücumdan sonra axtarışlar davam etdirilir. Dünən gecə silahlı şəxsin hücumu 5 nəfərin ölümü ilə nəticələnib.

Macy's mağazasında öldürülənlərin 4-ü qadın, 1-i kişidir. Qadınlar hadisə yerində, kişi isə xəstəxanada dünyasını dəyişib.

Kaskad ticarət mərkəzi Siattldan 100 km-lik məsafədə yerləşir.

Şahidlərin dediyinə görə, alıcılar atəş səsləri eşitdikdən sonra mağazanı təlaşla tərk etməyə başlayıb.

Polis bir neçə saat ərzində ticarət mərkəzini bütövlüklə boşaltdıqdan sonra axtarışa başlayıb.

Hücumçunun tüfənglə silahlandığı güman edilir. Sosial mediada şübhəlinin şəkilləri paylaşılıb. Polis onun ispan mənşəli olduğunu bildirir.

Hücumun motivləri bəlli deyil.

XS
SM
MD
LG