Accessibility links

Vaşinqton Suriyada rejim dəyişikliyini əsas prioriteti saymır


Suriya prezidenti Bəşər Əl-Əsədi devirmək artıq Tramp administrasiyanın əsas diqqət mərkəzində yer almır.

Cümə axşamı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı nümayəndəsi Nikki Heyli deyib ki, Vaşintonun prioriteti “artıq diqqəti Əsədi devirməyə yönəltmək” olmayacaq.

Heylinin sözləri Əsədin hakimiyyətdən getməsini təmin etmək üçün ABŞ-ın daha çox səy göstərməli olduğunu iddia edən amerikalı qanunvericilərin tənqilərinə səbəb olub. Respublikaçı senator Con Makkeyn Suriya hökümətinin müttəfiqi Rusiyanı nəzərdə tutaraq, Tramp administrasiyasına “şeytan ilə razılıq etməmək” barədə xəbərdarlıq edib.

Respublikaçı senator Lindsi Qraham isə xəbərdarlıq edib ki, diqqəti Əsəddək çəkmək “prezident Obama Əsədin nüvə silahlarından istifadə etməsinə qarşı heç bir tədbir görməməsindən bəri edilən ən böyük səhv olacaq.”

Cümə günü Ağ Evin sözçüsü Şon Spayser isə deyib ki, Birləşmiş Ştatlar Əsədin siyasi gələcəyinin Suriya xalqından asılı olduğunu anlamalıdır. O həmçinin əlavə edib ki, ABŞ Əsədlə bağlı vəziyyəti həll etmək şansını keçən administrasiya dövründə itirib. O, hazırda Birləşmiş Ştatların əsas prioritetinin İslam Dövləti militantlarını məğlub etmək olduğunu qeyd edib.

Senator Con Makkeyn
Senator Con Makkeyn

Bəzi Yaxın Şərq analitikləri ABŞ dövlət katibi Reks Tillersonun bu həftə Ankarada verdiyi şərhlərin də Suriyada rejim dəyişikliyi ilə bağlı danışıqların ortadan qaldırıldığına işarə etdiyini deyir.

Bir çox təhlilçi prezident Trampın administrasiyanın ABŞ-ın Suriya siyasətində böyük dəyişikliklər edəcəyini gözləyirdi. Bu dəyişikliklərdən ən əsası diqqəti İslam Dövləti qrupuna qarşı mübarizəyə yönəltməkdir. Bəzi təhlilçilər isə administrasiyanın az alternativinin olduğunu deyi. Onlar bu siyasət dəyişikliyini Obama administrasiyanın son ayları ilə əlaqələndiirir, çünki onarın dediynə görə, Obama admnistrasiyası da artıq Əsədin siyasi keçid zamanı qısa müddətliyinə hakimiyyətdə qalmağına razı olduğuna işarə edirdi.

XS
SM
MD
LG