Accessibility links

Vasif Mövsümov: Yalnız vəzifəli şəxslərin həbsi ilə korrupsiyanı aradan qaldırmaq olmaz


Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Amerikanın Səsi radiosuna müsahibəsində son dövrlər korrupsiya faktları ilə bağlı vəzifəli şəxslərin həbsini dəstəkləyir.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Amerikanın Səsi radiosuna müsahibəsində son dövrlər korrupsiya faktları ilə bağlı vəzifəli şəxslərin həbsini dəstəkləyir.

Onun fikrincə, korrupsiya ilə bağlı hüquqi tədbirlər görülməsi bu sahədə mübarizə tədbirlərini gücləndirir. “Amma, mübarizənin yalnız həbslərlə məhdudlaşması korrupsiyanın səviyyəsini azaltmayacaq. Korrupsiyaya qarşı mübarizə ciddi iqtisadi və sosial islahatlarla davam etdirilməlidir”.

Ekspert hesab edir ki, inhisarçılıq aradan qaldırmayınca, azad bazar mühiti yaradılmayınca korrupsiyanın səviyyəsi yüksək olaraq qalacaq. “Rüşvətin alınmasına yaradılan şərait aradan qaldırılmalıdır. Kimlərinsə həbsi korrupsiyaya qarşı deyil, onun yaratdığı nəticələrə qarşı mübarizə tədbiridir. Səbəb qalırsa, deməli korrupsiya aradan qaldırılmayıb”.

Cənab Mövsümov hesab edir ki, vəzifəli şəxslərin səlahiyyətlərini azaltmaq lazımdır. “Vəzifəli şəxslərə o qədər səlahiyyət verilməməlidir ki, külli miqdarda rüşvət almasına imkan yaransın”.

Ekspertin fikrincə, demokratik mühit olmadan korrupsiya aradan qaldırılmayacaq. “Bunun üçün isə güclü vətəndaş cəmiyyəti, güclü müxalifət və ilk növbədə güclü müstəqil media olmalıdır”.

XS
SM
MD
LG