Accessibility links

Vaşinqtonun bayram bazarı


Vaşinqtonun bayram bazarı
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Vaşinqton şəhərinin mərkəzindəki bayram bazarı ənənə halını alıb. Son 14 ildir Birləşmiş Ştatlar və başqa ölkələrdən olan kiçik biznes sahibləri hər il bayram mövsümündə mallarını satmaq üçün paytaxtdakı bazara gəlir. ABŞ-ın hər yerindən bu bazara gələn ziyatərçilər buradakı canlı musiqidən, yeməklərdən və sənətkarların əl işlərindən ləzzət alır.

Vaşinqtonun mərkəzindəki bu məşhur bayram bazarında hər kəs üçün nəsə var. Burada gözəl bir bayram hədiyyəsi tapmaq və belə hədiyyələri öz əli ilə düzəldən Rayan İyker kimi sənətkarla tanış olmaq olar. “Mən odla işləyirəm. Mən şüşədən əşyalar düzəldirəm. Mənim üçün burada olmaq, mənim sənətimə dəyər verən insanlarla görüşmək deməkdir” - deyə, Rayan İyker bildirir.

Hektor Zarati bəzək əşyaları, güzgülər və Alpaka paltarları da daxil olmaqla özlərinin unikal əl işlərini gətirən 17 Reru sənərkarını təmsil edir. O deyir ki, insanlar bu əl işlərinin kimlər tərəfindən və necə hazırlandığını görməkdən məmnundur. “Mənim fikrimcə sənətkarlarla, onların işi ilə, bu işləri təqdim edənlərlə ünsiyyətdə olmaq çox vacibdir. Onlar əlaqədə olduqlarını, yerli bizneslərin birbaşa dəstəyini hiss edir.”

Məhz bu özəl təmas alıcıların buraya gəlməsini təmin edir. Kolorado ştatından Barbara Cozef: “Bu bir fürsətdir ki, siz ailə üzvləriniz üçün adi mağazadan ala bilməyəcəyiniz əl işlərini burada ala blirsiniz.”

Anapolis şəhərindən Cessika Hatzell: “Bu, fərqli bir alış-veriş təcrübəsidir. Siz rəssamın, taxta parçasından gözəl bir şey düzəldən sənərçinin özü ilə birbaşa ünsiyyətdə olursunuz.”

Bazarın təsisçilərindən biri Mayk Berman elə məqsədin də bu olduğunu deyir. “Biz burada bir qədər fərqli iş görürük. kiçik bizneslər, sahibkarlara, öz məhsullarını istehsal edən insanlara diqqət yetiririk. Buna görə də burada unikal mallar, heş yerdə tapa bilməyəcəyiniz hədiyyələq əldə edə bilərsiniz. Bu həm də gözəl bir təmasdır. Festival əhval-ruhiyyəsi, hər kəs üçün nəsə əldə etmək kimi əyləncəli atmosfer var.”

Təşkilatçılar Milad bayramı ərəfəsində hər gün bu bazara 10 mindən çox ziyarətçinin gələcəyini təxmin edir.

XS
SM
MD
LG