Accessibility links

ABŞ hökuməti 60 Rusiya diplomatını ölkədən qovur


Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp 60 Rusiya “kəşfiyyat zabiti”ni ölkədən çıxarmağa, Sietldəki Rusiya konsulluğunu bağlamağa göstəriş verib.

“Birləşmiş Ştatlar bu addımı NATO müttəfiqləri və dünyadakı tərəfdaşları ilə birgə olaraq Rusiyanın dünya boyunca sabitliyin pozulmasına yönəlik davranışına – və son olaraq Birləşmiş Krallıq ərazisində hərbi dərəcəli kimyəvi silah hücumu törətməsinə cavab olaraq atır,” Ağ Evin bəyanatında bildirilir.

Almaniya da oxşar addım ataraq, 4 rus diplomatı ölkədən çıxarır.

Avropa İttifaqının 14 üzvü və Ukrayna da oxşar bəyanatlar verib.
Martın 26-da eyni vaxtda verilmiş bu açıqlamalar Britaniyayla digər Qərb ölkələrinin keçmiş casusa qarşı hərbi dərəcəli sinir maddəsindən istifadə məsələsində vahid mövqe tutduğunu göstərir.

ABŞ Rusiyanın Sietl şəhərindəki konsulluğunu qapadır.

ABŞ-dan qovulan rusiyalı diplomatlar arasında Moskvanın Nyu-Yorkdakı BMT missiyasında çalışan 12 kəşfiyyat zabiti var. Bunu administrasiyanın adının çəkilməsini istəməyən əməkdaşları açıqlayıb.

Tramp Putinə məlumat vermək üçün zəng etməyib. Lakin Rusiyanın BMT-dəki səfiri Anatoliy Antonov Dövlət Departamenti tərəfindən bu addımla bağlı məlumatlandırılıb.

Qərar Rusiyanın 48 səfirliyi və konsulluqlarına şamil edilir.

Rusiya diplomatlarını qovan ölkələr sırasında Çexiya, Danimarka, Fransa, Almaniya, Latviya, Litva, Niderland və Polşa da var.

Britaniya rəsmiləri Putin hökumətini sabiq kəşfiyyatçının qadağan olunmuş əsəb maddəsi ilə zəhərlənməsində ittiham edir.
Britaniya rəsmiləri Putin hökumətini sabiq kəşfiyyatçının qadağan olunmuş əsəb maddəsi ilə zəhərlənməsində ittiham edir.

Aİ Şurasının prezidenti Donald Task deyib ki, 14 ölkə rus diplomatları çıxarır və əlavə addımlar da istisna deyil.

Britaniyanın baş naziri Teraza Mey müttəfiqlərinin addımlarını yüksək qiymətləndirib. O deyib ki, biz çiyin-çiyinə Rusiyaya göstərdik ki, beynəlxalq qanunlara göz yumduğuna susa bilmərik.

Mey bu addımı diplomatların qovulması tarixində ən böyük hadisə dlandırıb.

Aİ üzvü olmayan Ukrayna 13 rusiyalı diplomatı çıxaracağını deyir.
Rusiyanın Polşada və Baltik ölkələrindəki səfirləri həmin ölkələrin xarici işlər nazirliklərinə çağırılıb. Bu haqda Rusiya xəbər agentlikləri yazır.

Rusiya prezidenti Vladimir Putinin istədiyi Britaniyanı müttəfiqlərindən ayrı salmaqdır.

Britaniyanın müdafiə naziri deyib ki, bir çox ölkələr casus məsələsində Birləşmiş Krallıqla çiyin-çiyinə dayanır.

“Rusiya prezidenti Vladimir Putinin istədiyi Britaniyanı müttəfiqlərindən ayrı salmaqdır,” nazir Qevin Uilliamson martın 26-da Estoniyaya səfəri zamanı jurnalistlərə deyib.

“Fakt odur ki, NATO alyansında, Avropa Birliyindəki ölkələr Birləşmiş Krallığı dəstəkləyir... Məncə, bu, verə biləcəyimiz ən yaxşı cavabdır,” Uilliamson söyləyib.

Sabiq QRU agenti Sergey Skripal və onun qızının zəhərlənməsi Qərbdə Rusiyaya qarşı kəskin reaksiyalarla qarşılanmaqdadır.
Sabiq QRU agenti Sergey Skripal və onun qızının zəhərlənməsi Qərbdə Rusiyaya qarşı kəskin reaksiyalarla qarşılanmaqdadır.

London 23 rusiyalı diplomatı ölkədən qovub. Hücumda əli olmadığını deyən Moskva da cavab olaraq Rusiyadan 23 britaniyalı diplomatı çıxarıb.

Avropa İttifaqı mümkün addımların nəzərdən keçirildiyini, Avropa paytaxtlarından da rusiyalı diplomatların çıxarıla biləcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp ötən həftə Putinə zəng edərək onu seçkidə təkrar qələbəsi münasibətilə təbrik etmiş, ancaq zəhərlənmə məsələsinə toxunmamışdı.

Müşavirlər qərarın birbaşa Prezident Donald Tramp tərəfindən verildiyini təsdiq edir.
Müşavirlər qərarın birbaşa Prezident Donald Tramp tərəfindən verildiyini təsdiq edir.

“Birləşmiş Ştatlar Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün əməkdaşlığa hazırdır, ancaq bu, yalnız Rusiya hökumətinin davranışında dəyişiklik baş verdikdən sonra ola bilər,” Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders bildirib.

Rəsmilərin sözlərinə görə, Prezident Donald Tramp diplomatların qovulması ilə bağlı məşvərətlərdə iştirak edib.

“Bu tamamilə onun qərarıdır,” deyə yüksək rütbəli ABŞ rəsmisi vurğulayıb.

XS
SM
MD
LG