Accessibility links

Vaşinqton sakinlərinin Şükranlıq günü ürək sözləri


Vaşinqton sakinlərinin Şükranlıq günü ürək sözləri
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Hər il noyabr ayının son cümə axşamı günü amerikalılar bir yerə toplaşaraq ailələri və dostları ilə birlikdə Şükranlıq bayramını qeyd edirlər. Bu il Parisdə baş verən hücumlara baxmayaraq Vaşinqton sakinlərinin əhval-ruhiyyəsi əsasən yüksəkdir.

Zahid Şeyx: “Mənim adım Zahid Şeyxdir. Mən Pakistanda anadan olmuşam. Lakin 35 ildir bu ölkədə yaşayıram. Bu ilki Şükranlıq bayramını mən dostlarım və ailəmlə keçirəcəm və nail olduğum hər şeyə görə Amerika üçün dua edəcəm”.

Liz MakAmulti: ”Mən rahatca gəzə bildiyim sülh və azadlıq üçün minnətdaram. Deyə bilmərəm düzgün səslənəcək, əgər belə demək olarsa, mən İslam icmasına terrora qarşı çıxdığı üçün minnətdaram.”

Keti Frimen: “Mən uşaqlarım üçün minnətdaram və onları azad ətraf-mühitdə böyüdüb başa çatdırdığıma görə minnətdaram. Onlara bizim sahib olduqlarımızın nə qədər möhtəşəm olduğunu öyrədirəm.”

Drek Frimen: “Dostlarım və ailəm üçün şükr edirəm. Hər şeyə görə, bu ölkədə qeyd etdiyimiz hər şeyə görə minnətdaram”.

Çelsi Tompson: ”Bu ölkədə anadan olmaq və yaşamaq, gecələri rahat yatmaq. Buna görə minnətdaram.”

XS
SM
MD
LG