Accessibility links

Vaşinqtonda “Həyatımız Naminə Yürüş” keçirilir


Bu gün yüz minlərlə insanın Vaşinqtonda “Həyatımız Naminə Yürüş” adlı nümayişdə iştirak edəcəkləri gözlənilir. Onlar diqqəti ABŞ-da məktəb zorakılığına çəkib, daha sərt qanunların tətbiqinə çağırır. Təşkilatçılar nümayişə yarım milyon insan cəlb edəcəklərinə ümid edir.

Yürüşün təşkilatıları fevralın 14-də silahlı qətliam nəticəsində 17 nəfərin öldürülüyü Florida ştatının Parkland şəhərində yerləşən Marcori Stonman Duqlas məktəbinin şagirləridir.

Onlar silahlı qətliamların epidemiyaya çevrilən ölkədə uşaqların həyatlarına prioritet verilməsini tələb edir.

“Siyasətçilər, ya insanları təmsil edin, ya da çıxın gedin,” deyə Marcori Stonman Duqlas məktəbində baş verən qətliamdan sağ çıxan 17 yaşlı Kameron Kaski deyib.

Bu insanlar hücum tüfənglərinin satışının qadağan olunmasını tələb edir. İnsanlar silah alan hər kəsin tarixçəsinin yoxlanılmasını tələb edir. Bizi dəstəkləyin, unutmayın ki, qarşıdan seçkilər gəlir,” o deyib.

Həmin məktəbin bir digər şagirdi Aleks Uind isə deyib ki, “yeniyetmələr heç nə edə bilmir deyənlərə demək istəyirəm ki, bu hərəkat təkcə yeniyetmələr sayəsində mümkün oldu.”

ABŞ-ın 50 ştatında, eləcə də bir neçə digər ölkədə 800-dən çox bənzər yürüşlər keçirilib.

Amerikalılar silahlarından imtina etmək istəmirlər, silahlı atışmalaran sonra isə silah qanunlarına çox az sayda dəyişikliklər olub.

Vaşinqtonda keçirilən yürüş də silah tərəfdarları da iştirak edib. Trump Beynəlxalq Otelin qarşısında çıxış edən nyu yorklu Co adında bir kişi Amerikanın Səsinə bildirib ki, “bu yürüş faciəvi bir hadisəyə emosional reaksiyadır.” O deyib ki, Parkland qətliamında istifadə olunan yarı-avtomat silahlara qadağa kimi təklif olunan silahlara nəzarət qanunları “silah zorakılığını azaltmayacaq. Bu sadəcə qanunlara riayət edən vətəndaşların haqlarını əllərindən alacaq.”

Yürüş təşkilatçıları və iştirakçıları bu yürüşün qanun dəyişikliklərinə gətirib çıxarmasını istəyir.

Vaşinqtonda yürüş keçirildiyi zaman prezident Donald Tramp Floridaa Mar-a-Larqo kurort mərkəzinə olub, lakin Ağ Evin sözçüü Lindsi Uolters bəyanatında deyib ki, “Biz bu gün çox sayda cəsarətli gənc amerikalını Konstitusiyaya Birinci Düzəlişdə qeyd olunan haqlarından istifadə etdiklərinə görə alqışlayırıq. Uşaqların təhlükəsizliyini qorumaq prezident üçün əsas prioritetdir. Bu səbəbdən də, biz Konqresi Milli Cinayət Tarixçəsinin Təcili Yoxlanış Sisteminə Düzəliş və Məktəb Zorakılıqlarına Son aktlarını qəbul etməyə çağırmışıq.”

Associated Press və NORC İctimai Məsələlər üzrə Tədqiqat Mərkəzinin birgə keçirdiyi rəy sorğusunun nəticələri silah qanunları ilə bağlı fikirlərin dəyişiyini göstərir. Belə ki, sorğuda iştirak edən amerikalıların 69 faizi silah qanunlarının sərtləşdirilməsini dəstəkləyir. Bu göstərici 2016-cı ilin oktyabr ayında 61, 2013-cü ilin oktyabr ayında isə 55 faiz idi.

Ümumilikdə isə, sorğu nəticələrinə əsasən, demokratların 90, respublikaçıların 50, silah sahiblərinin isə 54 faizi daha sərt silah qanunlarını dəstəkləyir.

Lakin sorğu iştirakçılarının təxminən yarısı siyasətçilərin bu məsələ ilə bağlı nə isə edəcəyini gözləmir.

March for Our Lives (Həyatımız Naminə Yürüş) vebsaytında onların artıq 3,8 milyon dollar ianə topladıları göstərilir.

Aktyor Corc Kluni və həyat yoldaşı vəkil Amal Kluni, TV aparıcısı Opra Uinfri, rejissor Stiven Spilberq hərəkata 500 min dollar ianə verib.

Kluni ailəsi, aparıcı Cimmi Kimmel, müğənnilər Ariana Qrande, Mayli Sayrus və Demi Lovato, eləcə də aktyorlar Cennifer Hadson, Sofia Verqara və Culi Bouen Vaşinqtondakı yürüşdə iştirak etmək niyyətlərini dilə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG