İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumatına görə, Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Əli Vasiqi və Urmiyə həbsxanasında saxlanılan milli fəal Salar Tahir Əfşar müvafiq olaraq 7 və 5 günlük məzuniyyətə çıxıb.
Əli Vasiqi iyunun 28-də 50 milyon tümənlik və Salar Tahir Əfşar 300 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyətə çıxdıqları bildirilir.
Salar Tahir Əfşar aprelin 19-da atasının evində Kəşfiyyat agentləri tərəfindən saxlanılaraq, həmin şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb, ordan isə həbs cəzasının tətbiq edilməsi üzrə Urmiyə Həbsxanasına yerləşdirilimişdi.
Əfşar ilkin məhkəmə tərəfindən 4 il həbsə məhkum edilsə də, Apellyası Məhkəməsi ona "qanunsuz mitinqdə iştirak etmək" ittihamından bəraət qazandırıb, həbs cəzasını 1 ilə endirib.
Digər türk siyasi məhbus Əli Vasiqi isə Ərdəbil həbsxanasında 2 il həbs cəzasını çəkir. Əli Vasiqi və qardaşı Rza Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə müvafiq olaraq 3 il və 2 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra fəalların kassasiya şikayətinə baxan Apellyasiya Məhkəmə Əli Vasiqinin hökmünü 2 ilə endirmişdi.