Accessibility links

Misir Prezident İdarəsi: "Vasitəçilik səyləri uğursuzluqla nəticələnib"


Misirin Prezident İdarəsi bildirib ki, xarici nümayəndələrin İslamçılarla ölkənin müvəqqəti hökuməti arasında vasitəçilik səyləri uğursuzluqla nəticələnib.

Açıqlanan bəyanatda idarə danışıqların baş tutmamasında hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin Müsəlman Qardaşlarını günahkar göstərib.

Birləşmiş Ştatların diplomatları, Avropa və Ərəb dövlətlərinin nümayəndələri hər iki tərəfin təmsilçiləri ilə görüşüb.

Ordunun ölkədə müvəqqəti hökumət qurmasına baxmayaraq Müsəlman Qardaşları İslamçı liderin vəzifəsinə bərpa olunmasına təkid edir.
XS
SM
MD
LG