Accessibility links

Vatikanın gender seçimi və dəyişilməsini rədd etməsi tənqidlərə yol açıb


Vatikan insanların genderini seçmək və ya dəyişmək ideyasını rədd edərək bildirib ki, bu ənənəvi ailələrə təhlükə yaradır.

Bazar ertəsi çıxarılan yeni təhsil sənədində Vatikanın Katolik təhsil departamentindən bildirilib ki, gender azadlığı ideyası "hissiyyat və istəyə əsaslanan qarışıq azadlıq məfhumundan başqa bir şey deyil".

LGBT-nin parad ayı açıqlanan sənəd dərhal LGBT katoliklər tərəfindən tənqid edilib və sənədin homoseksuallar və transgenderlərə qarşı dözümsüzlük və zorakılığa çağırdığını bildirib.

“Əslində bu çox mühüm ildir. Bizim hüquqlarımız uğrunda mübarizə apardığımız bir vaxt Katolik məktəblərinə bizim hüquqlarımızın, bizim seçimimizin əleyhinə bir istiqamət götürmək əmri verilməsi cəfəngiyyatdır. Təhsil insanların seksual mənsubiyyət və ya sevmək seçiminə müdaxilə etməməlidir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən məhəbbət və seksual seçim təbii hal hesab edilir və buna görə də buna hörmətlə yanaşılmalıdır” -deyə, Homoseksual Mərkəzinin sözçüsü Fabrizio Marrazzo bildirib.

Yeni Yollar adlı homoseksual, biseksual və lesbianların hüquqlarını müdafiə təşkilatının rəhbəri Fransis Debernardo bildirib ki, Vatikanın gender barədə ideyaları köhnə və yalnışdır və faktlara əsaslanan müasir elmi gözardına alır.

XS
SM
MD
LG