Accessibility links

Vatikan homoseksualların evliliyini qəbul etməyərək, “Allah günaha “xeyir-dua verə bilməz” deyib


Vatikan bazar ertəsi Tanrı “günaha xeyir verə bilməz” deyərək, Katolik Kilsəsinin eynicinsli evliliklərə xeyir-dua verə bilməyəcəyinə dair qərar qəbul edib.

Vatikanın ortodoks İnam Doktrinası Yığıncağı bununla Katolik ruhanilərin homoseksualların evliliyinə xeyir verə biləcəyi ilə bağlı suala rəsmi cavab vermiş olub.

Yeddi dildə nəşr olunan və Roma Papası Fransis tərəfindən təsdiqlənən iki səhifəlik fərmanda cavab “yox” olub.

Fərmanda kilsənin homoseksualları qəbul etdiyi və onlara xeyir-dua verdiyi deyilsə də, onların evlənmələrinin dəstəklənmədiyi bildirilib.

Vatikan homoseksuallara hörmətlə yanaşılmalı olduğunu deyir, lakin olanların cinsi əlaqələrini “pozğunluq” hesab edir. Katoliklərin dininə görə, Tanrı kişi və qadın arasındakı nikahı yeni həyat yaratmaq üçün nəzərdə tutub.

Sənəddə deyilir ki, homoseksualların evliliyi Tanrının istəyinə qarşı olduğu üçün kilsə onlara xeyir-dua verə bilməz.

“Allah bu günahi bağışlamır, bağışlaya da bilməz: günahkar insana xeyir-dua verir ki, məhəbbət planının bir hissəsi olduğunu tanısın və onun tərəfindən dəyişdirilməsinə icazə versin” deyilir.

Roma Papası Fransis homoseksual cütlüklərin evlənmə haqlarının təmin edilməli olduğunu, lakin bunun kilsəyə deyil, mülki sahəyə aid olduğunu deyib.

O, bunu 2019-cu ildə Meksikada olarkən televisa kanalına müsahibəsi zamanı deyib. Lakin onun bu şərhləri keçən il hazırlanan sənədli filmdə Vatikan tərəfindən kəsilib.

XS
SM
MD
LG