Accessibility links

Roma Papası ABŞ katoliklərinə güclü mesaj göndərib


Roma Papası Fransis çıxışı zamanı Corc Floydun iki dəfə adını çəkərək “Qaraların Həyatı Mühümdür“ (Black Lives Matter) etirazı zamanı dua edərkən diz çökən amerikalı yepiskopa dəstək verib.

Ağ və qaradərili kardinallar Floydun ölümü ilə bağlı danışarkən, Vatikan da bu məsələyə diqqət çəkməyə çalışır.

Normal şəraitdə Vatikan Floydun ağ polis məmuru tərəfindən öldürülməsinə, irqçilik və polis vəhşiliyinə qarşı olan qlobal etirazlara səssiz bir diplomatik reaksiya verir. Lakin bu il ABŞ-da seçki ili olduğu üçün Vatikanın davamlı və ardıcıl mesajları ABŞ-ın katolik dini xadimlərinin irqçilik əlayhinə mövqelərinin ikinci dönəm prezidentlik uğrunda mübarizə aparan Donald Tramp qarşısında nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir.

"Fransis Tramp tərəfdarı mühafizəkar katoliklərə 'bu, abort kimi böyük bir məsələdir' - deyə, mesaj göndərmək istəyir" deyib, Yel Dini Məktəbinə başçılıq edən Antiya Batler.

Afrika mənşəli amerikalı Batler Vatikanın katoliklərin diqqətini baş verən irqçiliyə və Amerika kilsələrindəki irqçiliyə çəkmələrini istəiyini deyib.

Vatikan irqi ədalətsizlik barədə uzun müddətdir danışır. VI Pol vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin qeyri-zorakı etirazlar zamanı dediklərini mesajını dəstəkləmişdi. Hazırkı Roma Papası da ondan fərqlənmir. 2015-ci ildə ABŞ Konqresindəki tarixi çıxışı zamanı o, Kinqin sözlərini təkrar edib və ölkəyə səfəri zamanı Kinqin qızı ilə görüşüb.

Şərhlərə bax

XS
SM
MD
LG