Prezident Co Bayden COVID-19 peyvəndinin təhlükəsiz olmasından danışdı, şahzadə Harri peyvəndin paylanmasına çağırdı, Cenifer Lopez isə bir ildən çox bir müddərdir pandemiyanın dünyanı sarsıtdığından bəri Kaliforniyanın cənubunda keçirilən ilk ən böyük konsertlərdən birində səhnəyə peyvəndin tam dozasını almış anasını çıxardı.
Məşhurlar və siyasi liderlər peyvəndin əhəmiyyətindən bəhs etmək üçün bazar günü axşam Kaliforniyanın İnqlvud şəhərindəki SoFi Stadionunda Global Citizen təşkilatının təşkil etdiyi "Vax Live: Dünyanı Birləşdirək" adlı tədbirə toplaşdı. Maliyyə yardımı tədbiri mayın 8-də ABC, ABC News Live, CBS, YouTube və iHeartMedia-da kanallarında yayımlanacaq.
Konsertdə Lopez, Eddi Vedder, Foo Fighters, J Balvin və H.E.R. çıxış edib. Ben Afflek, Krissi Teigen, Cimmy Kimmel, Şon Penn və David Letterman xüsusi qonaq olaraq tədbirə qatılıb.
Tədbirdə iştirak edən hər kəsə peyvəndin tam dozası tətbiq olunub. Media nümayəndələri və işçilər stadiona COVID testinin nəticəsinin mənfi olduğunu göstərdikdən sonra daxil ola bilib.
"Peyvəndlər təhlükəsizdir. Sizə söz verirəm, onların təsiri var" - deyə, Prezident Batden birinci xanım Cill Baydenlə birlikdəki video-müraciətində bildirib.
Onlar bu mesajla COVID-19 peyvəndinə inamı artırmaq üçün "Bunu edə bilərik" təşəbbüsünün bir hissəsi olaraq çıxış edib.
Global Citizen təşkilatı xeyriyyə və korporativ təşkilatların öhdəliklərindən əldə edilən təxminən 53.8 milyon dolların 10.3 milyon dozada peyvənd alınmasına kömək etdiyini və bunun Vax Live kampaniyasının hədəfindən artıq olduğunu bildirib.
Şahzadə Harri əsasən də yoxsul ölkələr olmaqla, dünya ölkələrinin peyvəndlə təmin edilməsinin şərt olduğunu deyib və virusun ikinci "dağıdıcı" dalğasını yaşayan Hindistanla həmrəy olduğunu bildirib.
Global Citizen təşkilatının təsisçici və icraçı direktoru Hyu Evans bu həyəcanı davam etdirmək istədiyini deyib.
"Aydındır ki, bərabərlik uğrunda mübarizə aparmağımızı vurğulamağa çalışdıq. Burada heç bir hesab tələb olunmur. Hər şey göz qabağındadır" - deyə, Evans bildirib.