Accessibility links

Azərbaycan ərazisində iki porno sayta giriş məhdudlaşdırılıb


İnternet saytının bloklanması

"Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəməyə müraciət edib.Həmin saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib".

Bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Yüerli media bildirir ki, söhbət ölkə ərazisində indiyədək sərbəst yayınlanan "Xvideos", "Xnxx" kimi porno video-portallara girişin məhdudlaşdırılmasından gedir.

Elektron Təhlükəsizlik Xidməti Azərbaycan qanunvericiliyinin pornoqrafiyaya, uşaq pornoqrafiyasına aid məlumatların yayılmasını, saytlarda yerləşdirilməsini qadağan etdiyini qeyd edir. Qurum qadağan edilən informasiyaları yayan saytların bloklanmasının qanunvericiliyə əsasən həyata keçirildiyini bildirib.

XS
SM
MD
LG