Accessibility links

Vəba epidemiyası Yəməndə son iki ayda 1500 nəfərin ölümünə səbəb olub


Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Yəməndə sürətlə yayılan vəba epidemiyası aprel ayından bəri 1,500 insanın ölümünə səbəb olub. Əlavə olaraq bildilir ki, 246,000 insanın bu epidemiyaya yoluxduğu şübhə edilir.

Beynəlxalq təşkilatın Yəməndəki nümayəndəsi Dr. Nevio Zaqariya şənbə günü keçirilən mətbuat konfransında deyib ki, vəba epidemiyasının ikinci dalğası yoluxanların sayını son iki ayda 10 dəfə artırıb.

Epidemiya haqqında iki həftə öncə təşkilat tərəfindən verilən məlumatda ölənlərin sayı 1300, yoluxanların sayı isə 200,000 nəfər olduğu bildirilirdi. Bununla bərabər deyilir ki, ölənlərin dördə biri uşaqlardır.

Səudiyyə Ərəbistanı tərəfindən rəhbərlik edilən qüvvələrin üsyançılara qarşı olan mübarizəsi ərəb dünyasının ən kasıb ölkəsinin sənayesinə ciddi zərər vuraraq, tibbi ləvazimatların qıtlığına səbəb olub.

XS
SM
MD
LG