Accessibility links

Vəkil: Pərviz Həşimli Milli Təhlükəsizlik nazirinə məktubla müraciət edib


Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb
Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Pərviz Həşimli saxlanma şəraitindan narazıdır

Vəkil Yalçın İmanov dekabrın 10-da MTN-nin təcridxanasında jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

Bu barədə Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə Pərviz Həşimli saxlanma şəraitindən narazılıq edib və bu gün Milli Təhlükəsizlik naziri Eldar Mahmudova məktubla müraciət edib.

O, qanuna uyğun olaraq ailə üzvləri ilə görüş və telefon əlaqəsinə imkan yaradılmasını istəyib.

Yalçın İmanovonu onu da əlavə edib ki, Pərviz Həşimlinin cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır.

“Dekabr ayının 18-də Pərviz Həşimlinin həbsindən 3 ay keçir. Bu müddət ərzində heç bir istintaq hərəkəti aparılmasa da, müstəntiq deyib ki,istintaq yekunlaşıb ,sadəcə rəsmi təsdiqlənmə lazımdır”deyə vəkil əlavə edib.

Pərviz Həşimli sentyabrın 17-də həbs olunub.O, silah qaçaqmalçılığı, qanunsuz silah və sursat saxlamaqda ittiham olunur. Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

İstintaqı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi aparır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG