Accessibility links

Vəkillər Kollegiyası vəkil Fuad Ağayevlə bağlı intizam icraatına baxacaq


vəkil Fuad Ağayev
vəkil Fuad Ağayev

Vəkil Fuad Ağayev iyulun 9-da barəsində olan intizam icraatına görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət edilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinə bildirib ki, Fuad Ağayevlə bağlı müvafiq intizam icraatı aparılır.

“Artıq İnitzam Komissiyası işə baxıb, rəy verib. İyulun 9-da İntizam Komissiyasının rəyinə Rəyasət Heyətinin iclasında baxılacaq. Sonra Kollegiyanın qərarı ilə bağlı geniş məlumat veriləcək”, o qeyd edib.

Bununla yanaşı A.Bağırov vəkillə bağlı intizam icraatının aparılmasının səbəbləri, İntizam Komissiyasının rəyi barədə məlumat verməyib.

Qeyri rəsmi məlumatlara görə, Fuad Ağayevdən Vəkillər Kollegiyasına Penitensiar Xidmət şikayət edib.

Fuad Ağayev 1982-ci ildən hüquq sahəsində çalışır. O 1991-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. Ağayev 1991-ci il oktyabrın 18-də parlamentin qəbul etdiyi Azərbaycanın Dövlət Müstəqilliyi Aktının müəlliflərindən biridir.

O, hazırda REAL Partiyasının sədri İlqar Məmmədovun, bloger Mehman Hüseynovun, AXCP sədri Əli Kərimlinin, Rüstəm İbrahimbəyovun vəkilidir. Ağayev bundan öncə Turan Agentliyinin direktoru Mehman Əliyevin, jurnalist Rauf Mirqədirovun, çoxsaylı hüquq müdafiəçilərinin vəkili olub.

Xatırladaq ki, son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG