Accessibility links

Vəkilə cinayət işi açıla bilər


Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

Yalçın İmanovun məhkəmədə ekspertlərə verdiyi suallar hakimi hirsləndirib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azadxeber.org saytının redaktoru Nicat Əliyevin və digər 7 dindarın işi üzrə məhkəmə iclasında vəkil Yalçın İmanov və hakim Zeynal Əliyev arasında mübahisə yaranıb.

Nəticədə hakim bildirib ki, vəkilə qarşı cinayət işi açılması haqqında təqdimat verir.

Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, mübahisəyə səbəb vəkilin proses zamanı ekspertlərə verdiyi suallar olub.

Ekspertlərdən konkret cavablar almağa çalışan vəkilin israrı hakimi qıcıqlandırıb, o, dəfələrlə İmanovu susdurub və ona 4 xəbərdarlıq edib.

“5 xəbərdarlıq da edə bilərsiniz”, vəkilin bu ifadəsi hakimi özündən çıxarıb, o, bunu təhqir kimi qiymətləndirib.

Hakim digər vəkil Elçin Əliyevə də analoji xəbərdarlıq edib.

Xatırladaq ki, mühakimə olunan dindarlar “Eurovision 2012” müsabiqəsi ərəfəsində Bakı əhalisi arasında paytaxtda gey-paradların keçirilməsi, məmur özbaşınalığı, dindarların təqibi haqqında bəhs edilən anti-hökumət materialları yer alan CD paylamaqda ittiham olunurlar.

İstintaq iddia edir ki, disklərin hazırlanmasında və yayılmasında Nicat Əliyev və bir neçə digər dindarın əli var. İlkin olaraq onlara qarşı 234.1-ci (narkotik saxlama) maddə ilə cinayət işi açılıb.

Bir müddət sonra Əliyevə qarşı 167-2.2.1 (bir qrup şəxs tərəfindən qanunsuz dini ədəbiyyat hazırlama), 281.2 (bir qrup şəxs tərəfindən hökumət əleyhinə çağırışlar) və 283.2.3 (mütəşəkkil qrup tərəfindən milli və dini ayrı-seçkilik salma) maddələri ilə iş açılıb.

Eyni zamanda, bir sıra beynəlxalq və yerli hüquq müdafiə təşkilatı əmindir ki, Nicat Əliyev və digər müttəhimlər “Eurovision” müsabiqəsini və hakimiyyətin dindarlara qarşı siyasətini tənqid etdiklərinə görə təqib olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG