Accessibility links

İntizam Komissiyası Yalçın İmanovun hərəkətində intizam pozuntusu olmadığını müəyyən edib (Video)


Vəkil Yalçın İmanovla müsahibə
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Vəkil Qobustan həbsxanasında məhbusa işgəncə verildiyini bildirib

Sentyabrın 19-da Vəkillər Kollegiyasının İntizam Komissiyasında Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun 10 avqust 2017-ci ildə vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına etdiyi şikayətlə bağlı rəy müzakirə edilib.

Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində deyib ki, rəyin nəticə hissəsində yazılıb: “İntizam Komissiyasının gəldiyi qənaətə görə, şikayət və mənim verdiyim izahat xüsusi araşdırma tələb edir. İntizam Komissiyasının belə araşdırma aparmaq səlahiyyəti olmadığından vəkil Yalçın İmanovun əməlində intizam pozuntusunun movcud olmasının müəyyən edilməsini və intizam məsuliyyətinə cəlb olunmasını mümkün hesab etmir”.

Vəkil bu rəylə razı deyil və İntizam Komissiyasının iclasında öz mövqeyimi bildirib.

“Qeyd etdim ki, bu şikayət üzrə intizam icraatına xitam verilməlidir. Burada “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanun və ”Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin hər hansı pozuntusuna yol verməmişəm. Əksinə həm “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna, həm də “Davranış Qaydaları haqqında” Əsasnamənin tələbləri çərivısində davranmışam. Hüquqlarını müdafiə etdiyim Abbas Hüseynovun verdiyi məlumata istinad edərək onun Qobustan Qapalı Həbsxanasında işgəncələrə məruz qaldığını bildirmişəm”, o qeyd edib.

Avqustun 8-də Yalçın İmanov Qobustan Qapalı Həbsxanasında Abbas Hüseynova baş çəkib. Məhbus iyulun 22-də Qobustan həbsxanasına köçürüldükdən sonra sistematik işgəncələrə məruz qaldığını bildirib.

Lakin Penitensiar Xidmət A.Hüseynovun işgəncələr barədə bəyanatını təkzib edib.

Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs olunub. 2017-ci ilin yanvarında məhkəmə onu ağır cinayətlər törətməkdə - konstitusion quruluşu dəyişməyə cəhd, terrorizm, qətl və s. ittiham edərək 20 il azadlıqdan məhrum edib.

Bakının Qaradağ Rayon Məhkəməsi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncələrə məruz qalması barədə şikayətinə baxmaqdan imtina edib.

XS
SM
MD
LG