Accessibility links

607 nəfər vəkilliyə qəbul üzrə keçid balını toplayıb


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Yanvarın 28-də Vəkillər Kollegiyasının Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə keçirdiyi test imtahanın nəticələrinə görə 607 nəfər 60 və daha yüksək bal toplayıb. Keçid balını toplayan şəxslər şifahi müsahibələrdə iştirak edəcək.

Xatırladaq ki, 1966 nəfər hüquqşünas vəkil olmaq üçün namizədliyini irəli sürüb və 3 saat davam edən edən imtahanda bilavasitə 1873 nəfər iştirak edib, onlardan 607 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da iştirakçıların 32,4 faizini təşkil edir.

Bu barədə Vəkillərin İxtisas Komissiyası məlumat yayıb.

2017-ci il sentyabrın 1-də Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfər olub. Vəkillər Kollegiyasının 934 üzvü var. Orta hesabla ölkədə 10 min nəfərə 1 vəkil düşür. Bu Avropada ən aşağı göstəricidir.

Yerli medianın yazdığına görə, vəkillərin yeddi yüzdən çoxu paytaxt Bakıda fəaliyyət göstərir.

Ölkə məhkəmələrində il ərzində orta hesabla 350-400 min məsələ mübahisələndirilir.

Ötən ilin oktyabrında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edildikdən sonra ölkədə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG