Accessibility links

Əsabəli Mustafayev: Vəkilin müstəqil fəaliyyəti təmin olunmalıdır [Audio-müsahibə]


Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, sərəncamın məqsədi məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək verməkdir.

Sərəncama görə, Nazirlər Kabineti iki aya Vəkillər Kollegiyasını (VK) Bakıda müvafiq bina ilə təmin etməlidir. Bundan başqa Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumları da müvafiq binalarla təmin olunmalıdır.

Sənəddə həmçinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması nəzərdə tutulur.

Hazırda həmin məbləğ bir saat üçün 2 manat təşkil edir.

Vəkillər Kollegiyasının istifadəsində olan binaların təmiri, kompüter və digər avadanlığın, nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın.

Nazirlər Kabinetinə həmçinin tapşırılıb ki, Vəkillər Kollegiyasının istifadəsində olan binaların təmiri, kompüter və digər avadanlığın, nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın.

Sərəncamda Vəkillər Kollegiyasına tövsiyələr də yer alıb.

Kollegiya vəkil olmaq istəyənlər üçün ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməli, kollegiyaya gənc hüquqşünasların qəbul edilməsi üçün xüsusi şərait yaratmalıdır.

Bundan başqa kollegiyaya şəhər və rayonlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirməsi, aztəminatlılara pulsuz hüquqi xidmətlər göstərilməsi tövsiyyə olunur.

Hökumət ötən ilin sonlarından vəkillik sahəsini tənzimləyən qanunlara xeyli dəyişiklik edib.

Milli Məclis oktyabrın 31-də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Vəkillər Kollegiyasının üzvlərinin sayı 900-dən bir qədər artıqdır.

Ekspertlər hesab edir ki, qeyd olunan dəyişikliklərdən sonra ölkədə vəkil qıtlığı yarana bilər.

Azərbaycan adambaşına düşən vəkil sayına görə, Avropa ölkələri arasında son yerlərdə dayanır.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində prezident sərəncamını müsbət addım kimi qiymətləndirir. Onun fikrincə, vəkillik fəaliyyətini gücləndirmək üçün bundan sonra da davamlı addımlar atılmaldır.

Əsabəli Mustafayev: Vəkilin müstəqil fəaliyyəti təmin olunmalıdır
please wait

No media source currently available

0:00 0:08:43 0:00

“Əlbəttə vəkiliyin təminatına, vəkilliyin inkişafına yönəlmiş hər bir sərəncam, hər bir göstəriş təqdirəlayiqdir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu illər ərzində vəklliyin təminatı, xüsusilə maddi təminatı dəyişməyib. Vəkillərə əlavə iş şəraitinin yaradılması, pusluz hüquqi yardımın məbləğinin artırılması sevindircidir. Hesab edirəm ki, vəkilliyin fəaliyyətinin inkişafına yönəlmiş tədbirlər davam etdirilməlidir. Ən əsası isə vəkilin müstəqil, heç bir müdaxilə olmadan fəaliyyət göstərməsi hüquqi cəhətdən həll olunmalıdır”, Mustafayev prezidentin sərəncamı barədə bildirib.

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

Onun sözlərinə görə, qanunvericilikdə vəkilin müstəqilliyi anlayışı olsa da, onun müstəqilliyinin hansı vasitələrlə təmin olunması əksini tapmayıb.

“Yəni, vəkilin müstəqilliyinə, fəaliyyətinə müdaxilə olarsa buna necə cavab verilməsi məsələləri qanunvericilikdə əks olunmayıb. Vəkil bilməlidir ki, onun fəaliyyətinə müdaxilə olunubsa, qanunun hansı müdəası onu müdafiə edir”, o qeyd edib.

Ə.Mustafayev hesab edir ki, qarşı tərəfin, yəni prokurorun, hakimin, polisin və digərlərinin vəkildən nə vaxt şikayət etməsi ilə bağlı qanunvericilikdə norma olmalıdır.

“Onların şikayətinə kimin və ya hansı orqan tərəfindən baxılıması məsələsi də qanunvericilkdə əks olunmalıdır. Bu boşluqlar olduğundan vəkillik fəaliyyətindən uzaqlaşdırılanlar var”.

Müdaxilələrdən qorunmaq üçün vəkillərin sərəncamında hüquqi vasitələr yoxdur. Son 3-4 ildəki şikayətləri monitorinq etsək görərik ki, vəkillər barədə şikayət edənlər ya hakimlər, ya prokurorlar, ya da müstəntiqlərdir. Bunlar vəkildən şikayət edə bilir, lakin vəkilin bu şikayətlərə hər hansı təsiri yoxdur.

Onun fikrincə, vəkillik fəaliyyətinin maddi təminatı ilə yanaşı hüquqi təminatı da işlənib hazırlanmalıdır.

Vəkil hesab edir ki, proseslərdə qarşı tərəf ciddi dövlət qurumlarıdır, bunlar prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, polis oqranları və başqa güclü qurumlardır.

“Bu qurumlar vəkillik fəaliyyətinə müdaxilə edə bilirlər. Bu müdaxilələrdən qorunmaq üçün vəkillərin sərəncamında hüquqi vasitələr yoxdur. Son 3-4 ildəki şikayətləri monitorinq etsək görərik ki, vəkillər barədə şikayət edənlər ya hakimlər, ya prokurorlar, ya da müstəntiqlərdir. Bunlar vəkildən şikayət edə bilir, lakin vəkilin bu şikayətlərə hər hansı təsiri yoxdur. Bu status dəyişilməldir. Qanunda birbaşa vəkildən nə vaxt şikayət etməyin mümkünlüyü göstərilməlidir. Hər hansı Avropa ölkəsində prokurorun şikayəti ilə vəkillik fəaliyyətinə son verilməsi praktikasına rast gəlməmişəm”.

Mustafayev dövlət hesabına pusluz hüquqi yardımın məbləğinin üç dəfə qaldırılaraq bir saat üçün 6 manata çatdırlmasını müsbət qarşılayır.

“Hesab edirəm ki, bu başlanğıcdır. Bu sahədə addımlar atılmaldır. Məsələn, Hollandiyada bir saat pulsuz hüquqi yardım üçüb dövlət 110 avro ödəyir. Gələcəkdə pulsuz hüquqi yardım sistemi yaradılmalıdır. Hazırda bu sistemin yaradılması sahəsində iş gedir”.

O hesab edir ki, vəkillik fəaliyyəti üçün maddi təminatla yanaşı ofis təmantı da vacibdir.

“Bakıda elə hüquq məsləhətxanaları var ki, hər vəkilə cəmi 0,5 kvadratmetr sahə düşür”, o qeyd edib.

XS
SM
MD
LG