Accessibility links

Milli fəal Vəli Əsədi cərimələnib


İran Azərbaycanın Qəzvin şəhərində yaşayan milli fəal Vəli Əsədi cərimə ödəməyə məhkum edilib.

Bölgədə fəaliyyət göstərən inasn haqları müdafiəçilərinin yaydığı məlumata görə, Qəzvin İnqilab Məhkəməsi həmin şəhərin sakini olan azərbaycanlı milli fəal Vəli Əsədini iki ittihamdan cəmi 31 milyon tümənlik cərimələnib.

Oktyabrın 30-da Qəzvin İnqilab Məhkəməsi tərəfindən verilən bu hökmə görə, Vəli Əsədi ona qarşı irəli sürülən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı üçün 15 milyon 500 min tümən pul cəzası və "İran İslam Respublikasının qurucusunu təhqir etmək" ittihamına görə isə 15 milyon 500 min tümənlik cərimə ödəməyə məhkum edilib. Məhkəmə hökmü şifahi olaraq milli fəala bildirilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi Vəli Əsədinin hökmü ilə bağlı İranın İslam Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsaslanaraq yazıb ki, Əsədi ən ağır cəzanı, yəni on beş milyon beş yüz min tümənlik cəriməni ödəməlidir.

Qəzvin şəhərində Traktor futbol komandasının ehtiraslı azarkeşlərindən olan Vəli Əsədi yanvarın 26-da İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, bir həftə müddətində təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılaraq dindirildikdən sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Əsədinin məhkəmədə sonuncu dindirmə iclası may ayının 23-də Ümumi və İnqilab Prokurorluğunun üçüncü şöbəsində keçirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG