Accessibility links

Velosipedçilər üçün nəzərdə tutulmuş GPS applikasiyası [Video]


Velosipedçilər üçün nəzərdə tutulmuş GPS applikasiyası
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Maşın sürücüləri yoldakı qəzalar və tıxaclardan yayınmaq üçün bir neçə müxtəlif GPS applikasiyasından istifadə edir. Amma eyni yolda hərəkət edən velosiped sürücülərinin bu cür imkanları yoxdur. Buna görə də, ingiltərəli universitet tələbələri velosipedçilərə digər velosipedçilər və yerli hökümətə təhlükəli yollar barədə xəbərdarlıq etməyə imkan verəcək applikasiya üzərində çalışırlar.

Bunun adı Flare-dir və bu velosipedin sükanına taxılan adi işığa bənzəyir. Amma Sasseks Universitetinin məhsul dizaynı fakültəsinin tələbəsi Ceyk Tompson deyir ki, bu cihazın üzərindəki üç düymə velosipedçilərə yollarda qarşılarına çıxan problemlər barədə drəhal xəbər verməyə imkan verir.

“İlk düymə vasitəsilə pis yollar, çuxurlar, çatlamış asfaltlar, yerdə şüşə qırıntıları kimi problemləri bildirmək mümkündür. Düyməni basıb, problemin olduğu yeri qeyd edəndən daha sonra problemin detalları barədə yazmaq olar. İkinci düymə təhlükəli yolları bildirmək üçündür. Məsələn, yolda özünüzü təhlükədə hiss etdiyiniz dar keçid kimi yerləri bildirə bilərsiniz. Üçüncü düymə isə təhlükəli yol kəsişmələri üçündür. Belə ki, siz dəyişdirilməsini istədiyiniz təhlükəli, dəqiq işarə edilməmiş və ya maşınların çox olduğu kəsişmələri qeyd edə bilərsiniz,” Tompson söyləyir.

Hər dəfə düyməni basanda problemin olduğu yerin koordinasiyaları göndərilir. Velosipedçilər getdikləri yerə çatıb, velosipeddən enəndən sonra isə applikasiyada qeyd etdikləri problemləri təsdiqləyib, əlavə şərhlər əlavə edə bilər. Onların xəbər verdikləri problemlər xəritəyə daxil edilir. Tompson deyir ki, bu məlumat yerli hökümətlərə hansı yolların təmirinə pul ayırmalarını müəyyən etməyə yardım edə bilər.

Kaliforniya və Avstraliyada rəsmilər Tompsonla əlaqə saxlayaraq, onun inkişaf etdirdiyi applikasiya ilə bağlı pilot proqram başlatmaq istədiklərini vurğulayıb.

XS
SM
MD
LG