Accessibility links

Venesiyanın məşhur karnaval maskalarının tarixi


Venesiyanın məşhur karnaval maskalarının tarixi
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Venesiyanın məşhur karnaval maskalarının tarixi

Məşhur Venesiya karnavalı insanların gözəl kostyum və qeyri-adi maskalar taxaraq küçələrə çıxdığı vaxtdır. Maskalar tarixi klassiklər, müasir, orijinal dizaynlara qədər dəyişir. Venesiyanın bu mağazasında müxtəlif maskalar əllə hazırlanır.

Venesiyada insanların müxtəlif kostyumlar və üzlərinə şəhərin məşhur olduğu nadir incə maskaları geyindiyi bayram zamanıdır. Maskalar min illərlə tarixi olan karnaval köklərini yaşadır.

Venesiya şəhərindəki mağazasında Armando Balla bu məzəli qeyri-adi maskaları papye-maşe üsulundan istifadə edərək kağızları əl ilə ehtiyyatla maskalara yapışdırır.

"Maskalar Venesiya həyatının bir parçasıdır. Onlar sahiblərinə həyat sevinclərini ifadə etmək və əylənmək imkanı verirlər. Lakin onlar həmçinin gizlilik və maskaları olmadan edə bilməyəcəkləri işləri görə bilirlər", maska ustası Armando Balla deyib.

Usta işinə nəm kağız parçaları laylarını gips qəlibin üzərinə yapışdırmaqla başlayır. Gil gipsin üzərinə yapışdırılaraq maskanın dizaynını yaradır. Venesiyanın ən məşhur maskası insanın səsini belə dəyişə bilər.

"Bu sizə əlinizi içəri salmaq, yemək və hətta qəlyan çəkmək imkanı verir. Maskanın forması səsi dəyişərək onu gurultulu edir", maska ustası Armando Balla deyib.

Və əlbəttə ki, maskalar insanların şəxsiyyətini gizli saxlamağa kömək edərək, onlara sirr qatır. Əsrlər boyu maskalar fərqli sosial siniflərin insanlarını qarışmaq imkanı verib.

"Karnaval zamanı siz titullardan istifadə etmirsiniz. Küçədə qadın görsəniz "salam maskalı xanım" deyirsiz", maska ustası Armando Balla deyib.

20 il ərzində Balla beş yüzdən artıq maska hazırlayıb. Sadə bir maskanın hazırlanması 3 günə yaxın, daha çətin dizaynlı maskaların hazırlanması isə bir həftəyə qədər vaxt alır.

"Maskaların əvvəllər olduğu kimi canlandırmaq üçün rəsmləri və kitabları öyrənirik. Həçinin öz xəyalımızdan istifadə edərək, fikirlərimizi əlavə edirik", maska ustası Armando Balla deyib.

Balla üçün bu sevgi işidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG