Accessibility links

Venesuela Almaniya səfirini ölkədən çıxarır


Almaniyanın Venesueladakı səfiri Da​​niyel Martin Kriner

Venesuela hökuməti müxalifət lideri Xuan Quaydonu dəstəklədiyinə görə Almaniya səfirinin ölkədən çıxarılması haqda qərar verib.

Maduro hökumətinin bəyanatında bildirilir ki, səfir Daniel Martin Kriner ölkənin daxili işlərinə müdaxilə etdiyinə görə 48 saat ərzində Venesuelanı tərk etməlidir. Hökumət bu qərarı Krinerin bazar ertəsi günü vətənə qayıdan Quaydonu Karakas hava limanında qarşılamasından sonra verib.

Quaydo ABŞ və dünyanın təxminən 50 ölkəsi tərəfindən Venesuelanın müvəqqəti lideri kimi tanınır. O, məhkəmə tərəfindən çıxarılmış səfər qadağasına baxmayaraq, Latın Amerikası ölkələrinə səfərdən sonra Venesuelaya qayıdıb.

Venesuela müxalifət lideri Xuan Quaydo
Venesuela müxalifət lideri Xuan Quaydo

Xuan Quaydo ölkəyə qayıdan kimi iştirak etdiyi yürüşdə Maduronu hakimiyyətdən devirməyə çağırıb. Onun tərəfdarları Rusiya tərəfindən dəstəklənən Maduronun keçən il yenidən seçilməsinin qeyri-legitim olduğunu hesab edir.

Almaniyanın xarici işlər naziri Heyko Massa deyib ki, səfirin ölkədən çıxarılması “gərginliklərin azaldılması əvəzinə gərginliyin artırılmasına səbəb olan anlaşılımaz bir qərardır.” Maas deyib ki, Almaniya və Avropa müttəfiqilərinin Quaydoya dəstəyi sarsılmaz olaraq qalır.

Venesuela hökumətinin qərarını elan etməsindən bir qədər sonra ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, Birləşmiş Ştatlar Maduro rejiminin rəsmiləri və onların ailələri də daxil olmaqla 77 nəfərin vizalarını ləğv edəcək”. Pens əlavə edib ki, Tramp administrasiyası Venesuelada azadlıq bərpa olan qədər "məsul tutmağa davam edəcək”.

XS
SM
MD
LG