Accessibility links

Venesuela prezidentinin vəziyyəti ağırlaşıb


Venesuela prezidenti Uqo Çavezin səhhətinin ağırlaşması barədə xəbərdən sonra ölkənin yüksək səviyyəli siyasi və hərbi rəsmiləri bu gün Karakasda bir araya gəlib.

Venesuela konstitusiyasına əsasən Çavez vəziyyətinin ağırlaşdığı, vəfatl və hökuməti idarə edə bilmədiyi təqdirdə, təcili prezident seçkiləri keçirilməlidir.

Venesuelanın İnformasiya Nazir bazar ertəsi prezident Çavezin ciddi infeksiyalara tutulduğu və nəfəs almasının çətinləşdiyini deyib. 58 yaşlı prezident Çavez Karakasın hərbi xəstəxanasında müalicə olunur.

Bu arada Venesuelanın vitse-prezidenti Birləşmiş Ştatların hərbi rəsmisini casusluqda ittiham edib. The Telesur xəbər agentliyi Venesuelanın hərbi qulluqçuları ilə ölkədə sabitliyin pozulması yolunda iş apardığı deyilən ABŞ rəsmisinə 24 saat ərzində ölkəni tərk etməsinə göstəriş verilidiyi bildirilir.
XS
SM
MD
LG