Accessibility links

Venesuela hərbçiləri ölkənin Kolumbiya ilə sərhədini bağlayıb


ABŞ-ın Venesuelaya humanitar yardım çatdıran ilk yük maşınlarının Kolumbiyanın sərhəd şəhəri olan Kukutada sərhədi keçmək üçün gözləməsi, orada vəziyyəti gərginləşdirib.

Ərzaq, dərman və digər humanitar yardımla dolu iki böyük yük maşını sərhəddən keçib ölkəyə daxil olmaq üçün Venesuela prezidenti Nikolas Maduronun icazəsini gözləyir.

Sərhədə toplanmış insan haqları müdafiəçiləri və Venesuela vətəndaşlarının ölkədə humanitar böhranın olmadığını söyləyən prezident Maduroya mesajları var.

“Mən Venesuela silahlı qüvvələrini insanların yanında olmağa və bu yardımın ünvanına çatmasına icazə vermələrinə çağırıram”, Natali Alcantara deyib.

“Maduro bu yardımın Venesuelaya daxil olmasını istəmir. Biz burada siyasət və ya siyasi partiyalardan bəhs etmirik. Biz insanlarlardan, insan ləyaqətindən bəhs edirik. Ərzaq və dərman çatışmazlığından ölmüş uşaqlardan və tezliklə öləcək yaşlılardan bəhs edirik. Venesueladakı xəstəxanalara gəlin və bizim yaşadığımız reallığı görün”, İbrahim Qurrero söyləyib.

Venesuela təhlükəsizlik qüvvələri Kukutadan olan 3 zolaqlı sərhəd keçid yolunu 2 yük konteyneri və neft tanker ilə bağlayıb.

Özünü keçid dövrünün prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydo bir çox venesuelalının beynəlxalq yardım almadan ciddi təhlükələrlə üzləşdiyini bildirərək, yardım üçün müraciət edib.

Karakas marketində 2,4 kiloqramlıq toyuq 14,600,000 bolivarın ($2,22) qarşısında çəkilib, Venesuela, 16 avqust, 2018-ci il.
Karakas marketində 2,4 kiloqramlıq toyuq 14,600,000 bolivarın ($2,22) qarşısında çəkilib, Venesuela, 16 avqust, 2018-ci il.

​Milyonlarla Venesuelalı artıq ölkəni tərk edib, bir o qədər insanın da yaxında qaçacağı gözlənilir.

Dünya boyu enerji qiymətlərinin azalması, korrupsiya və iflasa uğramış sosialist siyasət nəticəsində Venesuela iqtisadiyyatı çöküb. Ölkədə ərzaq, yanacaq və bir çox əsas məhsulların qıtlığı yaranıb, inflyasiya nəzarətdən çıxıb.

Bu isə milyonlarla venesuelalıları ölkədən qaçmağa məcbur edib.

XS
SM
MD
LG