Accessibility links

"Demokratiya məğlub edilə bilməz" - Venesuela hadisələri dünya liderlərinin gündəmindədir


Ağ Ev Venesuela hadisələri ilə bağlı ABŞ prezidentinin məlumatlandırıldığını və vəziyyətin yaxından monitorinq edildiyini bəyan edib.

Dövlət katibi Mayk Pompeo deyib ki, bu gün Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo azadlıq əməliyyatına (Operacion Libertad) start verib.

Demokratiya məğlub edilə bilməz.
Mayk Pompeo, ABŞ Dövlət Katibi

O, ABŞ hökumətinin Venesuela xalqına, onların azadlıq və demokratiya istəyinə tam dəstək verdiyini bildirib. Pompeo demokratiyanın məğlubedilməz olduğunu vurğulayıb.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Venesuela ordusunun konstitusiya və xalqı müdafiə etməli olduğunu deyib.

O, Amerikanın Venesuela xalqı yanında durduğunu da əlavə edib.

Kolumbiya prezidenti İvan Duque Twitter hesabında yazıb ki, Venesuela xalqı tarixin düzgün tərəfində yer almalı, diktatorluğu rədd etməlidir.

Lakin Quaydonu rəsmən tanıyan İspaniya çevrilişin əleyhinə olduğunu bildirib.

Nikolas Maduroya Kuba, Rusiya, Çin, Türkiyə və İran kimi dövlətlər dəstək verir.
Nikolas Maduroya Kuba, Rusiya, Çin, Türkiyə və İran kimi dövlətlər dəstək verir.

Rusiyanın Xarici İşlər Nazirliyi zorakılıqlara görə müxalifəti tənqid edərək, silahlı qüvvələrin qarşıdurmalara cəlb edilməsini xəyanətkarlıq cəhdi adlandırıb.

BMT-nin baş katibi Antonio Quterres maksimum təmkinə səsləyib.

Braziliya prezidenti Cair Bolsonaro Venesuela xalqı ilə həmrəy olduğunu deyib. O, Twitter hesabında venesuelalıların “diktatorluğun kölələri” adlandırıb.

Türkiyə qarşıdurmalara görə müxalifəti tənqid edib.

İran, Çin və Kuba da Maduronu dəstəkləyir.

XS
SM
MD
LG