Accessibility links

Venezuelanın yeni assambleyası bütün qanunları ləğv edə bilər


Venesuelanın yenicə təsis edilən Konstitusiya Assambleyası özünü müxalifətin nəzarətində olan Konqres də daxil edilməklə, digər hökumət orqanlarından üstün elan edib.

Assambleya liderləri bildirib ki, onların qanunları və qərarları digərlərinin qanun və qərarlarını ləğv edəcək. Onlar heç kimi hədələmək istəmədiklərini, lakin birgə mövcudluğun mümkün olub-olmadığını araşdırmaq istədiklərini bildirib.

Lakin müxalifətin nəzarətində olan Konqres qanunvericilərin toxunulmazlıq hüquqnun ləğvi və səlahiyyətlərin alınması təqdirində belə qüdrətindən əl çəkməyəcəyini bəyan edib.

Bəzi müxalif siyasətçilər Konqresin palatalarına buraxılmadıqlarına etiraz edib.

545 üzvlü assambleya konstitusiyanı yenidən yazmalıdır. Assambleya üzləri iyulun 30-da Amerikanın rüsvayçı adlandırdığı seçkilər nəticəsində hakimiyyətə gəlib.

Yeni assambleyanın qərarları nə ABŞ, nə Kanada nə də ki, Avropa İttifaqı tərəfindən qəbul ediləcək.

Perunun xarici işlər naziri Rikardo Luna latın həmkarları ilə keçirdiyi görüşə ev sahibliyi edib. O deyib ki, Venesuelanın demokratiyaya qayıdış yolu yalnız assambleyanın buraxılması, siyasi məhbusların azad edilməsi və yeni prezident seçkiləri keçirilməsindədir.

Müxalifət uzun müddət bu seçkiyə etiraz edib, bununla bağlı aksiyalarda 125-ə qədər adam ölüb.

Prezident Nikolas Maduronun təşəbbüsü ilə baş tutan seçkilərdə yeni yaradılmış bu assambleyanın üzvləri seçilib, onlarsa öz növbəsində Konstitusiyaya dəyişikliklər hazırlayır.

Müxalifət hesab edir ki, Konstitusiyanı yalnız xalq referendum yolu ilə dəyişə bilər. ​

Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesuelada dünyada neftin ucuzlaşmasından sonra iqtisadi və siyasi böhran başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG