Accessibility links

Venesuela müxalifəti hərbi alyansın Maduronu devirməkdə yardımçı olacağına ümid edir


Venesuela Milli Assambleyası ölkəni regional müdafiə alyansına qoşmağı təsbit edən qanun qəbul edib. Bu arada müxalifət lideri Xuan Quaydo tərəfdarlarının həmin qanunun Nikolas Maduronu hakimiyyətdən devirməyə yardımçı olacağı ilə bağlı əminliklərinin reallığa o qədər də uyğun gəlmədiyinə dair xəbərdarlıq edir.

Elə deyil ki sabah biz hansısa düyməni basmaqla bütün problemləri həll edəcəyik.

Müxalifət qüvvələri Quaydoya uzun zamandır ki, Qarşılıqlı Yardım üzrə İnter-Amerika Sazişinə (TIAR) qoşulmaq istiqamətində təzyiq göstərir. 1947-ci ildə Rio de Janeyroda bağlanmış bu saziş potensial olaraq Maduronun xarici hərbi yardım vasitəsilə devrilməsinə zəmin yarada bilər.

Maduronun sosialist hökuməti ölkəni iqtisadi kollapsa sürüməkdə və insan haqlarını pozmaqda ittiham edilir.

"TIAR sehr deyil. Elə deyil ki, sabah biz hansısa düyməni basmaqla bütün problemləri həll edəcəyik," Quaydo Karakasda tərəfdarları qarşısında bəyan edib. “Bu, özü-özülüyündə həll yolu deyil və bizi təşviq edir ki, öz çoxluğumuzu sübut etmək üçün küçələrə daha çox saylarda çıxaq.”

ABŞ və demokratik Qərb dövlətləri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyıblar.
ABŞ və demokratik Qərb dövlətləri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyıblar.

Saziş təsbit edir ki, ABŞ, Braziliya və Kolumbiya da daxil olmaqla, üzvlərdən birinə hücum hamıya hücum deməkdir.

Venesuela və digər solçu Latın Amerikası dövlətləri alyansı 2012-13-cü illərdə tərk edib.

Quaydonun özünü prezident elan etməsi ilə Venesuela yanvar ayında hakimiyyət uğrunda qızğın mübarizə məkanına çevrilib. ABŞ da daxil olmaqla, bir çox Qərb dövlətləri Maduronu qeyri-legitim elan edərək, Xuan Quaydonu Venesuelanın prezidenti kimi tanıyıb.

XS
SM
MD
LG