Accessibility links

Venesuelanın müxalifət lideri hərbçiləri seçkini boykot etməyə çağırır


Venesuela müxalifət lideri Xuan Quaydo hərbi liderləri ölkədəki 6 dekabr qanunvericilik seçkilərinin boykot edilməsini dəstəkləməyə çağırır.

Bazar ertəsi sosial mediada etdiyi müraciətdə Guaydo cəmiyyətin hər sektoruna dəyər verdiyini və Silahlı Qüvvələri qarşıdakı sorğunun qarşısını almaq və Prezident Nikolas Maduroya beynəlxalq təzyiqləri artırmaq üçün müxalifət qüvvələrini "birlik paktı"na dəvət etdiyini deyib.

Komandasının keçidə nail olmaq üçün lazımi şəxslərlə bir daha görüşməyə hazır olduğunu bildirib.

Quaydo ötən il özünü müvəqqəti prezident elan etdiyindən Maduronu 2018 seçkilərində qələbə qazanmaq üçün səsləri saxtalaşdırmaqda günahlandıraraq, prezidentin vəzifəsindən kənarlaşdırılması üçün ölkə daxilində kifayət qədər dəstək toplaya bilməmişdi.

Əlavə olaraq, iki dəfə prezidentliyə namizəd Enrike Kapriles də daxil olmaqla, bəzi tanınmış müxalifət xadimləri Quaydonun dekabr seçkilərini boykot etməsini rədd ediblər.

İndiyə qədər Maduro hökumətinə qarşı beynəlxalq sanksiyalar, o cümlədən ABŞ-ın 150 venesuelalıya və ya Venesuela ilə əlaqəli şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar sosialist liderin mövqeyində heç bir nəzərə çarpan təsir göstərməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG