Accessibility links

Venesuela prezidenti 100-dən çox müxalifətçini azad edib


Venesuelanın müxalifət lideri Huan Quaydonun qərargah rəisi Roberto Marrero hökumətin prezident Nikolas Maduronun 100-dən çox müxalifət siyasətçisini bağışladığını elan etməsindən bir neçə saat sonra Karakas həbsxanasından sərbəst buraxılıb.

Venesuelanın kommunikasiya naziri Horhe Rodriqüz hökumətin niyyətinin milli barışıq prosesini dərinləşdirmək olduğunu və siyasi məsələlərin dinc və seçki yolu ilə həll edilə biləcəyini deyib.

Özünü səlahiyyətləri yerinə yetirən prezident elan edən Quaydo və aparıcı müxalifət nümayəndələri şəffaflığın olmamasından qorxaraq seçkiləri boykot edəcəklərinə dair söz verib.

Əfv edilənlər arasında Venesuelanın ən qədim Demokratik Fəaliyyət Partiyasının rəhbəri, Henry Ramos Allop, habelə məhkəmə prosesləri başa çatmayan şəxslər və mühacirətdə yaşayan qanunvericilər var.

Əfvlər hərbi mərasim zamanı havada partlayan iki pilotsuz təyyarə ilə prezident Maduroya qarşı uğursuz hücumda günahlandırılan millət vəkili Huan Rekesensin ev dustaqlığından azad edilməsindən sonra həyata keçirilib.

Davam edən əfvlər Quaydonun Maduronu hakimiyyətdən uzaqlaşdırmaq səylərinə təsir edib-etməyəcəyi məlum deyil.

XS
SM
MD
LG