Accessibility links

Venesuelaya yeni prezident seçildi


Mərhum prezident Uqo Çavezin xələfi, müvəqqəti prezident Nikolas Maduro Venesuelada bazar günü keçirilən prezident seçkilərində cüzi səs çoxluğu ilə qalib gəldi. Dünən Venesuela boyu seçki məntəqələri bağlandıqdan sonra Milli Seçki Komissiyası cənab Maduronun müxalifət lideri Henrike Karpilesə qalib gəldiyini elan edib.

Maduronun tərəfdarları mərhum prezident Çavezin xələfinin qələbəsini bayram etmək üçün Karakas küçələrinə çıxıb. Vaxtılə avtibus sürücüsü, sonradan xarici işlər naziri olan 50 yaşlı Maduro tərəfdarları qarşısına çıxaraq, Çavezin irsinin davam etdirilməsi yolunda mübarizənin davam edəcəyini deyib.
XS
SM
MD
LG