Accessibility links

Venesuelada mətbuata basqılar güclənir


Venesuelada mətbuata basqılar güclənir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Venesuelada işləyən bir sıra media təşkilatı bu Cənubi Amerika ölkəsinin hökumətinin ölkədə davam edən böhranı işıqlandıran jurnalistlərə hücumlar həyata keçirilməsindən, işlərinə mane olmaq üçün hətta avadanlıqlarını əllərindən aldıqlarından şikayət edir. Prezident Nikolas Maduronun Venesuelada mətbuat azadlığına hörmət edildiyini desə də, jurnalist qrupları başqa hekayələr danışır.

“The Inter American Press Association” və digər mətbuat azadlığı qrupları Venesuela polisinin Kolumbiya-Venesuela sərhədində son zamanlar baş qaldıran nümayişləri çəkən jurnalistlərə qarşı zorakılıqdan və təzyiqdən istifadə etdiyini bildirib. "Inter American Press Association"in prezidenti Maria Elvira Domingez: “Biz jurnalistlərə qarşı zorakılıq və aqressiyanın, avadanlıqlarının və hazırladıqları materialların müsadirə edildiyinin, eləcə də jurnalistlərin saatlarla nəzarətdə saxlandıqlarının şahidi olduq. Rəqəmsal portalların bağlanmasının və jurnalistlərə qarşı fiziki aqressiyanın şahidi olduq.”

“Jurnalistləri Müdafiə Komitəsi” də öz növbəsində yerli və xarici jurnalistlərə rəsmilər tərəfindən potensial fiziki zərər, eləcə də həbslər və cinayət işlərinin qaldırılması ilə bağlı xəbərdarlıq edib.

Hər iki təşkilat jurnalistlərə qarşı edilən hücumların və senzuraya cəhdlərin ABŞ-ın humanitar yardım olan yük maşınlarının Venesuelaya daxil olmaq istədikdən sonra başladığını deyir. Humanitar yardımı ABŞ-ın və digər dövlətlərin Venesuelanın keçid prezidenti kimi tanıdığı Huan Quaydo istəmişdi. “Bu, mətbuat azadlığına təzyiqin bütün formalarıdır. Vacib olanı odur ki, beynəlxalq media Venesueladakı həqiqətləri gördü. Venesuela xalqının nələr baş verdiyini bilməsi üçün jurnalist əməyi müdafiə olunmalıdır” - deyə, Maria Elvira Domingez bildirir.

“Univision”in aparıcısı Horhe Ramos deyir ki, Maduro onunla müsahibəni yarımçıq kəsdikdən sonra onun və onunla televiziyada işləyən komandasının prezident iqamətgahında nəzarət altına alınmış, avadanlıqları isə müsadirə edilmişdi. “Müsahibə 15 dəqiqədən sonra dayandırıldı. Mən ona Venesuelada demokratiyanın olmaması, zorakılıqlar, işgəncələr, siyasi məhbuslar barədə suallar verəndə və mənim İpad-imdə uşaqların zibillikdə yemək axtardığı videonu göstərəndən sonra o, müsahibəni dayandırdı.”

Ramos və onun komandası azad edildikdən sonra ölkədən deportasiya edilib.

Venesuelanın kommunikasiya üzrə yüksək rütbəli rəsmisi Horhe Rodrigez Tweet vasitəsilə yüzlərlə jurnalistin Miraflores prezident sarayında prezidentlə müsahibə apardığını və jurnalist işlərini rahat yerinə yetirdiklərini yazıb.

Freedom House öz hesabatında Venesuelanı mətbuat azadlığı olmayan ölkə adlandırır.

XS
SM
MD
LG