Accessibility links

BMT-nin baş katibi Venesuelanın xarici işlər naziri ilə görüşəcək


Venezuela's Foreign Minister Elias Jaua speaks during a news conference at the Venezuelan Embassy in Brasilia, Brazil, Friday, Feb. 28, 2014.
Venezuela's Foreign Minister Elias Jaua speaks during a news conference at the Venezuelan Embassy in Brasilia, Brazil, Friday, Feb. 28, 2014.
BMT rəsmiləri baş katib Ban Gi Munun Venesuelanın xarici işlər naziri ilə görüşəcəyini bildirir. Çərşənbə axşamı Cenevrədə təşkil ediləcək danışıqlar zamanı prezident Nikolas Maduro hökumətinə qarşı nümayiş keçirənlərə göstərilən təzyiq müzakirə ediləcək.

Venesuelanın xarici işlər naziri Elias Xauanın BMT-nin İnsan Hüquqları Şurasında da tələbələrin aksiyası barədə məlumat verəcəyi gözlənilir.

Venesuelanın BMT-dəki səfiri Corc Valero bildirib ki, Cenevrə danışıqları xarici işlər nazirinə hökumətin sülh səyləri və qarşıdurmalardan sonrakı vəziyyət barədə məlumat verməsinə yaxşı bir imkan olacaq.

Aksiya iştirakçıları prezident Maduronun istefasını tələb edir. Onlar ərzaq qıtlığı və cinayətkarlığın artmasına etiraz edir.

Maduro Uqo Cavesin vəfatından sonra hakimiyyətə gəlib.
XS
SM
MD
LG